Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Baş naziri Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycanın Baş naziri Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

05.06.2018 [10:04]

İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi - fövqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomes ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı qonaq regionun ən qabaqcıl dövlətlərindən olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin ölkəsi üçün maraq doğurduğunu vurğulayıb. Daha sonra o, Qvineya-Bisau Respublikasının Prezidenti Joze Mario Vazın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu Baş nazirə təqdim edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30