Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı

Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı

05.06.2018 [10:06]

Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş 4 iyun hadisələrindən 25 il ötür
Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru spesifik, əvəzolunmaz rol oynamışdır.
Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlər və kataklizmlərlə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. Xüsusilə də, AXC-”Müsavat” cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi...
Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bütün bunlar isə ölkəni vətəndaş müharibəsinə sürükləyən dağıdıcı tendensiyaların pik nöqtəsi idi. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi.
4 iyun hadisələri dövründə xaos və hakimiyyət böhranı hökm sürürdü
Şübhəsiz, bütün bu sadalananlar belə bir nəticəyə gəlməyə imkan verir ki, AXC-”Müsavat” dövrünün hakimiyyət boşluğundan və təcrübəsizliyindən istifadə edən xarici qüvvələr özlərinin dağıdıcı niyyətlərini ölkəmizdə reallaşdırmaq üçün müxtəlif metod və vasitələrə istinad edirdilər. Bu zaman onlar daha çox iki klassik üsul üzərindən taktiki manevrlər edirdilər. Bunlardan biri taktiki manevrləri ayrı-ayrı ölkədaxili subyektlər üzərində qurmaqla məqsədə nail olmaq, digəri isə açıq surətdə zor işlətməklə - uzurpasiya vasitəsilə son hədəfə çatmaq idi. İkinci variant üzərində durmaqla son məqsədə çatmaq real və perspektivli olmadığından bəhs edilən subyektlər daha çox birinci üsul üzərindən hərəkət edirdilər. O zamankı iqtidar diplomatik resursları və strateji idarəetmə potensialı ilə bunun qarşısını almaqda aciz idi. Bu baxımdan, Surət Hüseynovun başladığı 4 iyun qiyamı da Azərbaycanda AXC-”Müsavat” iqtidarının heç bir təsirə və gücə malik olmadığının göstəricisi idi. Başqa sözlə, məhz AXC-”Müsavat” hakimiyyəti dönəmində ölkədə tam bir xaos və anarxiya yarandı, daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Daxili və xarici siyasətin səmərəsizliyi Azərbaycanı bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qoydu.
Əslində, 4 iyun hadisələri dövründə hakimiyyət böhranı baş verirdi və hakimiyyətin həyata keçirdiyi, vahid mərama söykənməyən siyasət müstəqil, mütəşəkkil deyildi. Məlum hadisələr hakimiyyət daxilindəki ziddiyyətləri ortaya çıxarmaqla yanaşı, xarici qüvvələrin Azərbaycana qarşı məkrli planlar həyata keçirməsində bu hakimiyyətin nümayəndələrindən məharətlə istifadə etməsinin göstəricisi idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin böhran və daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi
Göründüyü kimi, Azərbaycan olduqca mürəkkəb situasiya ilə üzləşmişdi: ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı səmərəli addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Bir məqama xüsusi olaraq nəzər salmaq lazımdır. Belə ki, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30