Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Sədrinin müavini: Ermənistan prezidentinin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi Minsk qrupunu narahat etməlidir

YAP Sədrinin müavini: Ermənistan prezidentinin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi Minsk qrupunu narahat etməlidir

15.06.2018 [07:54]

“Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfərini qətiyyətlə pisləyirik. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər Azərbaycanın əzəli torpağıdır. Müvəqqəti işğal altında olsa da, hesab edirəm ki, beynəlxalq hüququn verdiyi  imkanlardan istifadə edərək bu torpaqlar ordumuzun qətiyyəti nəticəsində işğaldan azad olunacaq”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bu cür qeyri-qanuni hərəkətlərə layiqli cavab veriləcək. Onun sözlərinə görə, bu qanunsuz  hərəkətlər Azərbaycan xalqını hiddətləndirməklə yanaşı, problemin həll olunması üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunu, bütövlükdə, münaqişənin həllinə çalışan dövlətləri və beynəlxalq qurumları da narahat etməlidir.
“Əks halda, münaqişənin həll olunması üçün ən düzgün yolu tapmaq çətin olacaq. Dağlıq Qarabağ Azərbaycan torpağı kimi birmənalı şəkildə beynəlxalq hüquq tərəfindən qəbul olunur və dünya dövlətləri tərəfindən tanınır. Belə olan halda, Azərbaycanın razılığı  olmadan hər hansı başqa ölkənin vətəndaşının işğal olunmuş ərazilərimizə səfər etməsi qanunsuzdur. Gün gələcək ki, belə qanunsuz hərəkətləri edənlər buna görə cavab verməli olacaqlar”, - deyə Əli Əhmədov qeyd edib.

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30