Vüqar Rəhimzadə: Faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı
04.07.2018 [09:57]
Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətinə doğru və düzgün şəkildə təqdim edilir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi, problemin yalnız ərazi bütövlüyümüz çərçivəsində öz həllini tapmalı olduğu beynəlxalq tribunalardan səsləndirilir. Elə bunun nəticəsidir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin həlli istiqamətində torpaqlarımızın tezliklə azad olunmasını əsas prinsip kimi qəbul edir. Bu günlərdə Bolqarıstanın milli özəl telekanalı - “BTV Media Group”da “Qarabağ xatirələri” adlı proqramın yayımlanması həqiqətlərimizin təbliğində növbəti müsbət addımlar sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətindən, təmas xəttindəki vəziyyətdən, erməni vəhşiliyindən, Xocalı faciəsi ilə bağlı məqamlardan danışılan, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin öz əksini tapdığı veriliş tamaşaçılara Azərbaycan muğamının və “Qarabağ şikəstəsi”nin müşayiəti ilə təqdim olunub: “Bolqarıstanlı müəlliflər verilişi hazırlayarkən baş verən hadisələri şahidlərin dilindən səsləndiriblər. Belə ki, qarabağlı məcburi köçkünlər İlqar Qasımov və Pakizə Məmmədova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı acı xatirələrini, Ermənistanın işğalçılıq, soyqırımı siyasətindən danışıblar. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə Cənubi Qafqazda sülh və sabitlik olmayacaq. Ermənistanın təcavüzkar siyasəti regionun inkişafına, beynəlxalq sülhə və təhlükəsizliyə əsas əngəldir”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, artıq bütün dünya ermənilərin vəhşi, qaniçən, terrorist olduğunu anlayır və nümayiş etdirilən faktlar vasitəsilə bir daha bunun şahidi olur. “Veriliş yayımlanandan sonra Bolqarıstan ermənilərinin müəlliflərə qarşı kəskin hücuma keçmələri, təhdidlərə başlamaları bir daha onların iç üzünü, vəhşiliyini nümayiş etdirir. Təbii ki, faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı. Hər zaman sülhə və təhlükəsizliyə maneə olan ermənilər qonşu dövlətlərin torpaqlarına göz dikiblər, öz çirkin niyyətlərini həyata keçirmək üçün terroru dövlət siyasəti səviyyəsinə qaldırıblar. Bolqar jurnalistlərə qarşı hücumlar isə bu reallığı təsdiq edir”, - deyə V.Rəhimzadə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

