/ / Tahir Mirkişili: Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcək
Tahir Mirkişili: Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcək
06.07.2018 [09:34]
“Müasir dövrdə elektrik enerjisi, istilik, telekommunikasiya sahələrində baş verən miqyaslı qəzalar təbii fəlakətlərlə bir ölçülür. Miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən etibarən intensiv xarakter almağa başlayıb. 2003-cü ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən “Böyük bləkaut” hadisəsi miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyasi və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır: “Hesablamalara görə, elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər”.
Millət vəkili onu da əlavə edib ki, Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırıb: “Bizim enerji potensialımız artıq 6400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir. Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş hadisə miqyasına görə çox böyükdür. Bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyanı da böyükdür. Qəzanın səbəbləri ölkə Prezidenti tərəfindən yaradılmış komissiya tərəfindən araşdırılır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standartlara tam əməl olunmama mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcək”.
T.Mirkişilinin sözlərinə görə, miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. “Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi ölkəmizdə dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”, - deyə deputat qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

