/ / Eldar İbrahimov: Şübhəsiz ki, dövlət başçısının ciddi nəzarəti altında problemin səbəbləri araşdırılacaq və müvafiq tədbirlər görüləcək
Eldar İbrahimov: Şübhəsiz ki, dövlət başçısının ciddi nəzarəti altında problemin səbəbləri araşdırılacaq və müvafiq tədbirlər görüləcək
06.07.2018 [09:35]
“Dünyanın heç bir ölkəsi qəzadan sığortalı deyil. Bu baxımdan, elektrik enerjisi sahəsində indiyə qədər inkişaf etmiş ölkələrdə də ciddi problemlər yaşanıb. Azrbaycanda bir neçə gün öncə bu sahədə baş vermiş qəzanın nəticələri, demək olar ki, tam aradan qaldırılıb”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə dövlət başçısı hadisənin araşdırılması üçün ciddi tapşırıqlar verdi. Onun sözlərinə görə, son 15 ildə Azərbaycanda xeyli sayda yeni elektrik stansiyası istifadəyə verilib. “Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bütövlükdə ölkəmizin enerji potensialı hazırda 6400 meqavata bərabərdir. Onun da 2500 meqavatı son 15 il ərzində yaradılıb. Cənab Prezident vurğuladı ki, ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları və su elektrik stansiyaları yaradılıb. Bütün bunlar enerji sisteminin dayanıqlılığının təmin edilməsi baxımından çox önəmlidir. Ancaq bir qəza nəticəsində, demək olar ki, ölkəmizin enerji sistemində bir neçə gün öncə müşahidə edilmiş ciddi problemlər, əlbəttə, suallar doğurur. Dövlət başçısı məsələnin qısa müddətdə araşdırılmasını və ciddi tədbirlər görülməsini tapşırdı”, - deyə E.İbrahimov qeyd edib.
O, elektrik sistemində yaranmış problemlərin aradan qaldırılması ilə bağlı dövlət qurumlarının işinin təqdirəlayiq olduğunu vurğulayaraq, ictimaiyyət nümayəndələrinin də baş verənlərə münasibətini müsbət qiymətləndirib. “Çox yaxşı haldır ki, qəzanın nəticələrinin aradan qaldırılmasında müvafiq dövlət qurumları yaxşı işlədilər və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Eyni zamanda, Azərbaycan cəmiyyəti də bu çətin sınaqdan şərəflə çıxdı. Belə çətin anlarda insanlar bir-birlərinə dəstək oldu, həmçinin hansısa provokasiya xarakterli çağırışlara uymadılar. Şübhəsiz ki, dövlət başçısının ciddi nəzarəti altında bu problemin səbəbləri araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılacaq”, - deyə E.İbrahimov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

