Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Küveytin “Əl-Cəridə” qəzeti Bakının “Ekspo 2025”ə namizədliyindən yazıb

Küveytin “Əl-Cəridə” qəzeti Bakının “Ekspo 2025”ə namizədliyindən yazıb

10.07.2018 [09:18]

Küveytdə ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik gündəlik “Əl-Cəridə” qəzetinin 9 iyul tarixli buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı müsahibəsi dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, “Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb” sərlövhəli yazıda Azərbaycanın 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun (BSB) “Ekspo 2025”ə ev sahibliyi etmək üçün 2017-ci il mayın 22-də Bakının namizədliyini BSB katibliyinə “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda təqdim etdiyi qeyd olunub. Həmçinin bu prosesdə Bakı şəhərinin Yaponiyanın (Osaka) və Rusiyanın (Yekaterinburq) şəhərləri ilə mübarizə apardığı, “Ekspo 2025”ə ev sahibliyi edəcək qalib şəhərin 2018-ci ilin noyabrında BSB-nin 164-cü sessiyası zamanı Parisdə keçiriləcək məxfi səsvermədə müəyyənləşəcəyi, BSB-nin sərgilərinin heç vaxt Azərbaycanda təşkil edilmədiyi və heç zaman buna namizəd olmadığı, seçildiyi təqdirdə Bakı şəhərinin sözügedən sərgiyə ev sahibliyi edəcək Şərqi Avropa, Qafqaz və Xəzər regionunda ilk paytaxt olacağı və sərginin 10 may-10 noyabr 2025-ci il tarixləri arasında keçiriləcəyi, sabit və sağlam cəmiyyətin formalaşmasında əsas amillərdən birinin insan kapitalının inkişafı olduğu vurğulanıb.
Səfir müsahibədə “Ekspo 2025 Bakı” layihəsinin dövlətlə yanaşı, geniş ictimaiyyət tərəfindən də dəstəkləndiyini, Ümumdünya Sərgisinə ev sahibliyinin ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib. Vurğulayıb ki, açıq və tolerant mühiti ilə seçilən Bakı bu sərgini keçirməyə tam hazırdır.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30