/ / Azərbaycan xalqı Gəncədə baş verən hadisənin günahkarlarının və təxribatçıların ən ağır şəkildə cəzalandırılmasını tələb edir
Azərbaycan xalqı Gəncədə baş verən hadisənin günahkarlarının və təxribatçıların ən ağır şəkildə cəzalandırılmasını tələb edir
12.07.2018 [09:36]
Bu təxribatı törədən terrorçuların yeganə məqsədi və hədəfi Azərbaycan dövlətçiliyinə zərbə vurmaqdır
Ölkəmizin suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin təmin olunması Azərbaycan dövlətinin əsas prioritetidir. Bütün dünyada tolerantlıq nümunəsi sayılan Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur. Digər tərəfdən, dünyəvi dövlət olan Azərbaycanın Konstitusiyasında da dinin dövlətdən ayrı olduğu təsbit olunub. Lakin ölkəmizdə yüksək səviyyəli dövlət-vətəndaş münasibətlərinin qurulması, respublikamızın müstəqil siyasət yürütməsi bir sıra terrorçu qüvvələri, ölkədə qarışıqlıq yaratmaq, siyasi sabitliyə xələl gətirmək istəyən ekstremistləri narahat edir. Bu məqamda qeyd edək ki, nəinki regionun, hətta postsovet məkanının ən sabit ölkəsi kimi xarakterizə olunan Azərbaycanda qarışıqlıq yaratmaq cəhdləri hər zaman boşa çıxıb. Bir neçə gün öncə Gəncə şəhərində baş verən hadisə də bunun sübutudur. Belə ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər və nəticədə xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlər bir daha simalarını xalqa göstərmiş oldular
Məlumdur ki, bu gün dünyanın bir çox yerində dindən siyasi məqsədlər naminə istifadə olunur və bu kontekstdə radikal-ekstremist qüvvələrin xidmətlərindən yararlanmaq təcrübəsi xüsusilə aktuallıq kəsb edir. Gəncə şəhərində də din pərdəsi altında xaos yaratmaq, asayişi pozmaq cəhdləri edilib və bu cəhdləri edənlərin niyyətləri puça çıxıb. Beləliklə, bəzi antimilli dairələrin göstərişləri ilə və radikal din pərdəsi arxasında Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlər bir daha simalarını xalqa göstərmiş oldular. Əlinə düşən bütün fürsətlərdə xalqı itaətsizliyə çağıran, silahlı qarşıdurma yaratmağa rəvac verən, sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları edən və gec-tez öz niyyətlərini reallaşdıracaqlarını bildirən həmin təxribatçıların yeganə məqsədi və hədəfi Azərbaycan dövlətçiliyinə zərbə vurmaqdır. Təsadüfi deyil ki, iyulun 3-də baş vermiş terror hadisəsindən sonra uzun illərdir Azərbaycana qarşı ermənilərlə birlikdə fəaliyyət göstərən xaricdəki passiv terrorçular birdən-birə fəallaşaraq terrorçunun hüquqlarını müdafiə komitəsi yaradır, həmin terrorçudan zərərçəkmiş obrazı yaratmağa çalışır. Görünən odur ki, Gəncədə baş verən hadisələr məhz əvvəlcədən hazırlanmış plan əsasında inkişaf etdirilməli imiş. Lakin xalqımızın nümayiş etdirdiyi soyuqqanlılıq, hüquq-mühafizə orqanlarımızın rəşadəti və cəsarəti, eləcə də ölkəmizdə uzun illərdir formalaşmış xalq-hakimiyyət birliyi həmin dairələrin niyyətlərini fiaskoya uğratmış oldu.
Azərbaycan polisi ölkəmizin bütövlüyü, suverenliyi uğrunda öz həyatından belə keçməyə hazırdır
Qeyd olunduğu kimi, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının, igid və cəsur asayiş keşikçilərimizin xaos yaratmağa niyyətlənmiş radikal kütlənin qeyri-qanuni addımlarına effektiv şəkildə müdaxilə etməsi problemin qısa zamanda həll edilməsini şərtləndirdi. Bu isə bir faktı növbəti dəfə təsdiqləyir - Azərbaycan polisi ölkəmizin bütövlüyü, suverenliyi uğrunda öz həyatından belə keçməyə hazırdır. Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı olan bütün təhdidlərə sinə gərən polislərimiz sabitliyin pozulmasının qarşısını alır, xaos yaratmağa çalışanların niyyətlərini puça çıxarır. Polisimizin qətiyyətli və cəsarətli davranışı, pozucu fəaliyyətə əl atanları qısa müddətdə zərərsizləşdirməyi bacarması antiazərbaycançı mərkəzlərə verilən layiqli dərs olmaqla, hər bir Azərbaycan vətəndaşının da ürəyində fəxarət hissi yaratdı. Bu gün hər bir vətəndaşımız bir daha anlayır ki, onun təhlükəsizliyinin və asayişinin qorunmasını təmin edən hüquq-mühafizə orqanları var. Təbii ki, cinayətkarların saxlanılması istiqamətində mühüm işlər görülür. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Gəncədə baş vermiş hadisədə şübhəli bilinən şəxslər qatı cinayətkarlardır
Qeyd etdiyimiz kimi, qəhrəman polislərimizi qətlə yetirən cinayətkarların axtarışı istiqamətində tədbirlər davam etdirilir. Həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri Rəşad Böyükkişiyev və Fərrux Qasımov müəyyən edilib. Artıq cinayətkarlardan biri tutularaq istintaqa təhvil verilib.
Yayılan məlumatlara görə, radikal dindar olan Rəşad Böyükkişiyev 2007-ci ildə AR CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 7 il müddətinə, 2015-ci ildə Rusiya Federasiyası CM-in 161.2-ci (soyğunçuluq) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şübhəli şəxs - Fərrux Qasımovun qardaşı Ramin Qasımov isə 2016-cı ildə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Eləcə də iyulun 3-də baş verən terror hadisəsinin ardından facebook səhifəsində “qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir”, “yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsini vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil” yazmış Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib. Göründüyü kimi, sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranlar, o cümlədən Gəncədə polislərimizi şəhid edənlər bu cür qatı cinayətkarlardır.
Azərbaycanda ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi ölkəmizin sabitliyinin və inkişafının əsas qarantıdır
Bu fakt bir daha təsdiqləyir ki, məhz bu cinayətkarlardan istifadə edərək xaos yaratmaq, aranı qarışdırmaq istəyənlər ölkəmizdəki vətəndaş birliyinə zərbə vurmağa çalışırlar. Xalqımız, xüsusilə Gəncə ictimaiyyəti isə birmənalı şəkildə bu məsələdə dövlətimizi müdafiə edir, həmin şəxslərin və bu təxribatın törədilməsində günahı olanların ən ağır şəkildə cəzalandırılmasını tələb edir. Ən əsası isə bu gün Azərbaycanda möhkəm və ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur. Bu sarsılmaz birlik ölkəmizin sabitliyinin və inkişafının əsas qarantıdır. Və iyulun 10-da dövlətimizin gücü, xalq-iqtidar birliyi qarşısında pozucu qüvvələrin bir daha aciz qaldığının şahidi olduq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

