/ / Hacı Sədi Axundzadə: İslam dini insanları radikallığa, dağıtmağa, terrora deyil, əmin-amanlığa çağırır
Hacı Sədi Axundzadə: İslam dini insanları radikallığa, dağıtmağa, terrora deyil, əmin-amanlığa çağırır
13.07.2018 [09:24]
İslam dini insanları radikallığa, dağıtmağa, terrora deyil, əmin-amanlığa çağırır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Sədi Axundzadə bildirib.
Ölkəmizin əsas gücünün və qüdrətinin təkcə onun iqtisadi və hərbi sahədə qazandığı uğurlarında deyil, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi sabitlikdə, milli birlikdə və əmin-amanlıqda olduğunu vurğulayan S.Axundzadə qeyd edib ki, bütün bunların nəticəsi olaraq insanlarımız sosial həyatlarını uğurla qurur, ortaya çıxa biləcək hər cür məişət problemini rahatca həll edir, firavan yaşayırlar. İmam Cəfər Sadiq buyurub ki, hər bir insan ədalətli, rifah içində və təhlükəsiz yaşamağa daha çox möhtacdır. Həm ədalətli, həm də rifah içində yaşamaq üçün təhlükəsiz mühit, sakit, sülh şəraiti çox vacibdir. Son günlərdə Gəncədə baş verən hadisələr bizim hər birimizi çox ciddi narahat edir. Yad qüvvələr ölkəmizdə siyasi, sosial, iqtisadi sabitliyi pozmağa çalışır, dövlət məmurlarına şər-böhtan atır, itaətsizliyə, terrora çağırır, bəzi səbatsız qüvvələr isə mahiyyətini anlamadan buna dəstək olurlar. Acınacaqlı hal budur ki, bunu insanlara sülh, əmin-amanlıq, azadlıq vəd edən İslam dininin adı ilə hallandırmağa cəhd göstərilir. Əsl dindar heç vaxt əmin-amanlığı qoruyan polis işçisinə əl qaldırmaz, hər zaman qanunların aliliyinə riayət edər. Artıq hər kəsə gün kimi aydındır ki, Gəncə şəhərində son günlər baş verən hadisələrin arxasında xaricdən maliyyələşdirilən və idarə olunan qara qüvvələr dayanır. Bu, həmin olayları əks etdirən videosüjetlərdən də aydın görünür. Amma, onlar unudurlar ki, xalq artıq 1990-cı illərin əvvəllərində olduğu qədər sadəlövh deyil. Əvvəllər savadsız mollaların dini mövzuda danışdığı bir neçə nağılvari hədisdən başqa heç nə eşitməyən, oxumayan, bilməyən insanlar indi müstəqilliyin bizə verdiyi ən ali dəyərlərdən biri olan dini əqidə azadlığından düzgün istifadə edir, dini savad alır, “Qurani-Kərim”i Azərbaycan dilində oxuyur, rahat şəkildə məscidə, dini ibadət yerlərinə gedir, ayinləri tam doğru formada həyata keçirirlər.
Tolerantlıq və multikulturalizmin dindarlarımızın əsas amalı və əqidə məsələsi olduğunu deyən Sədi Axundzadə qeyd edib ki, belə bir şəraitdə kiminsə kənardan gəlib dindarlarımızı yoldan çıxarması, dövlətçiliyimizə qarşı qaldırması mümkün deyil. Qara qüvvələr hər dəfə bu kimi hallara cəhd göstərdikdə insanlarımız dövlətin yanında bir qədər də sıx birləşirlər.
Sədi Axundzadə qeyd edib ki, Gəncədə özünü dindar kimi təqdim edən və aranı qarışdırmağa çalışan qüvvələrin əsl dinlə heç bir əlaqəsi yoxdur. Çünki dinimiz insanları radikallığa, dağıtmağa, terrora deyil, əmin-amanlığa çağırır.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

