Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Professor Asəf Zamanov: Sabitliyin pozulmasına yönələn cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır

Professor Asəf Zamanov: Sabitliyin pozulmasına yönələn cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır

13.07.2018 [09:28]

“İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Din pərdəsi altında gizlənən radikal qüvvələr bu kimi hadisələri törətməklə ölkəmizin Konstitusiya ilə təsbit olunan dövlət quruluşuna, həmçinin getdikcə artan beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar”. Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Asəf Zamanov deyib.
Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, respublikamızın bugünkü sürətli inkişafını gözü götürməyən qüvvələrin sifarişini yerinə yetirən bir qrup şəxsin törətdikləri cinayət əməlinin qətiyyətlə pisləndiyini deyən A.Zamanov əlavə edib ki, belə bir icazəsiz aksiyanın keçirilməsində məqsəd respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, terror aktları törətmək olub: “Hesab edirəm ki, hər bir halda sabitliyin pozulmasına, mövcud dövlət quruluşunun təhdid edilməsinə yönələn cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır və alınır da. Özbaşınalığa, terrora cəhd çox təhlükəli meyillərdir. Belə halları, necə deyərlər, beşikdəcə boğmaq lazımdır”.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30