Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Jalə Əliyeva: Ölkəmizdə yüksək tolerantlıq mühiti, bütün dinlərin nümayəndələrinə gözəl münasibət mövcuddur

Jalə Əliyeva: Ölkəmizdə yüksək tolerantlıq mühiti, bütün dinlərin nümayəndələrinə gözəl münasibət mövcuddur

02.08.2018 [08:46]

“Bugünkü nümunəvi dövlət-din modelimiz bizim tariximizə, ənənələrimizə əsaslanır. Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə yüksəlib”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, ölkəmizdə yüksək tolerantlıq mühiti, bütün dinlərin nümayəndələrinə gözəl münasibət mövcuddur. Onun sözlərinə görə, ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması buna sübutdur.
“Müasir dövrdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində ikili standartlar mövcuddur. Buna görə də humanist dəyərlərin arxa plana keçməsi heç kəsə sirr deyil, din adı altında müxtəlif zərərli qruplar fəaliyyət göstərir. Həmin qruplar dinin əsas fundamental dəyərlərindən kənara çıxaraq, zərərli təşviqatlar aparmaqla insanları din adı altında başqa məqsədlərə yönəltməyə çalışırlar. Son zamanlar ölkəmizdə də sabitliyi pozmağa çalışan qüvvələr bu vasitələrdən istifadə etməyə cəhd edirlər. Sosial şəbəkələrdə bəzi “dindarlar”ın çağırışları da məhz bu məqsədlərə xidmət edir. Əslində, onlar dini radikalizmə xidmət göstərirlər. Onların məqsədi insanları aldatmaq və yanlış yollara yönəltməkdir. Ölkəmizin mənzərəsini real şəkildə işıqlandıran KİV-lərin hədəfə alınması, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanlış məlumatların verilməsi, bütövlükdə iqtidarın siyasətinin əsassız şəkildə tənqid edilməsi buna sübutdur. Amma bu məqsədlərinə nail ola bilməyəcəklər. Çünki cəmiyyətimiz ayıq-sayıqdır, belə təxribatların qarşısını hər zaman alır. Qeyd edim ki, belə bir məqamda milli mənəvi və islami dəyərlərimizin qorunub-saxlanılmasına və təşviqinə böyük ehtiyac var. Bu yöndə də böyük işlər görülür.
Müstəqillik dövründə dini ibadətgahlar inşa və əsaslı təmir edilərək yenidən xalqın ixtiyarına verilib. Din xadimlərinin fəaliyyəti üçün hər cür şərait yaradılıb, dövlət tərəfindən hər zaman dini sahəyə xüsusi diqqət göstərilir. Ona görə də cəmiyyəti çaşdırmaq istəyən qüvvələrin niyyətləri heç zaman gerçəkləşməyəcək”, - deyə deputat qeyd edib.

Paylaş:
Baxılıb: 655 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30