Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan parlamentinin sədri və Tacikistan Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan parlamentinin sədri və Tacikistan Prezidenti birgə işçi nahar ediblər

11.08.2018 [10:05]

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da birgə işçi nahar ediblər.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulanıb. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30