Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
21.08.2018 [09:12]
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovla görüşüb.
AZƏRTAC xəbər verir ki, D.Sıdıkov cari il sentyabrın 3-də Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinin keçiriləcəyini bildirərək bu tədbirin qardaş türk dövlətləri arasında münasibətlərin inkişafı üçün yeni mərhələnin başlanğıcı olacağına ümid etdiyini vurğulayıb. Bu Sammitin TDƏŞ-in yaradılmasının 20 illiyi ərəfəsində keçiriləcəyini söyləyən şöbə müdiri qeyd edib ki, Sammitin ən yüksək səviyyədə təşkil olunması üçün qırğız tərəfi bütün lazımi tədbirləri həyata keçirir.
Sammitin əhəmiyyətindən danışan Hidayət Orucov bildirib ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasındakı xoş münasibətlər ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafında mühüm rol oynayır.
Səfir sentyabr ayının 2-dən 8-dək İssık-Kul gölünün sahilində keçiriləcək III Dünya Köçərilər Oyunlarında Azərbaycan nümayəndə heyətinin də geniş tərkibdə iştirak edəcəyini deyib. I və II Dünya Köçərilər Oyunlarında Azərbaycanın yüksək səviyyədə təmsil olunduğunu xatırladan diplomat diqqətə çatdırıb ki, həmin tədbirlərdə ölkəmizdən çoxsaylı idmançı və görkəmli mədəniyyət xadimləri iştirak ediblər.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyən səfir deyib ki, müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. “İki ölkə arasında son illərdə humanitar sahədə əməkdaşlıq üzrə çox işlər görülüb. Həm Bişkekdə, həm də Bakıda mühüm mədəniyyət tədbirləri keçirilib. Azərbaycanın görkəmli mədəniyyət xadimləri Üzeyir Hacıbəylinin, Rəşid Behbudovun, Qara Qarayevin, Mir Cəlal Paşayevin, Anarın yubileyləri və digər mədəniyyət tədbirləri Qırğızıstanda yüksək səviyyədə təşkil edilib. Bu tədbirlər Qırğızıstan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”, - deyə diplomat vurğulayıb.
Türk dünyasının görkəmli yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun Azərbaycanda çox sevildiyini qeyd edən səfir deyib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə yazıçının 80 və 85 illik yubileyləri ölkəmizdə yüksək səviyyədə keçirilib, bu il də yazıçının 90 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər təşkil olunacaq.
Azərbaycan və Qırğız xalqları arasında tarixi bağlılığın olduğunu qeyd edən şöbə müdiri bildirib ki, biz hər zaman və hər yerdə bir-birimizi müdafiə etməliyik.
Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıb, aktual məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21

