Tomas Qreminger: Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə mühüm töhfələr verir
13.09.2018 [09:20]
ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 12-də ADA Universitetində “ATƏT dialoqun yenilənməsi və inamın bərpa olunması üçün platforma kimi” mövzusunda mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Tomas Qremingerin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
ATƏT-in baş katibi Bakıya səfərindən, ADA Universiteti kimi nüfuzlu təhsil ocağında məruzə ilə çıxış etməkdən məmnunluğunu bildirib. Baş katib qeyd edib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır. Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına mühüm töhfələr verir. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur.
Tomas Qreminger bildirib ki, hazırda dünyada hərbi konfliktlərin mövcud olduğu bölgələrin coğrafiyası genişlənməkdə davam edir. Hər yerdə sülhün bərqərar olması, dialoq platformasının yenilənməsi və inamın bərpa olunması istiqamətində ciddi addımların atılması olduqca vacibdir.
Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ilə bağlı fikirlərini də bölüşüb. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri təşkilatın Nazirlər Şurasının Brüsseldə keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər. “Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik”, - deyə Tomas Qreminger bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12

