Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Roma Papası Fransisk ilə görüş

Roma Papası Fransisk ilə görüş

27.09.2018 [09:35]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığımızın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanıb. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edilib.
Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Roma Papasına çatdırıb.
Papa Fransisk Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30