Dövlət Neft Fondu son 3 ayda 1,5 milyard manatdan artıq gəlir əldə edib
22.10.2009 [10:31]
Son aylarda dünya bazarında neftin qiymətinin artması Dövlət Neft Fondunun (DNF) maliyyə portfelinə öz müsbət təsirini göstərib və fondun gəlirlərində əhəmiyyətli dərəcədə artım baş verib. 2009-cu ilin son üç ayında fondun aktivlərinin həcmi 1 milyard 500 milyon manatdan çox artıb. Belə ki, bu ilin birinci yarısında fondun aktivləri 11,8 milyard manat təşkil edirdisə, hazırda DNF-nin aktivlərinin ümumi həcmi 13 milyard 337 milyon manata bərabərdir. Yəni, təkcə ilin üçüncü rübündə DNF 1,5 milyard manatdan artıq gəlir əldə edib. Bu, fondun maliyyə portfelində artım meyillərinin pozitivliyi baxımından mühüm hadisə kimi dəyərləndirilə bilər.
DNF-nin gəlirlərinin yüksəlməsində neftin dünya birja qiymətlərindəki iki dəfəyə yaxın artımı əsas rol oynayıb. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun fikrincə, ilin əvvəllərində neftin bir barelinin 35 dollardan satılması fondun gəlirlərinə təsir göstərsə də, artıq “qara qızıl”ın bir barelinin 70 dolları ötməsi DNF üçün əhəmiyyətli stimul yaradır. İlin sonuna kimi fondun aktivləri ən azı 1 milyard manat artacaq. Hətta gəlirlərin yenidən 1,5 milyard manat çoxalması gözlənilir. Proqnozlara görə, DNF-nin aktivləri ilin sonunda artaraq 14,5 milyard manata çatacaq.
Son aylarda xarici neft şirkətlərinin Neft Fonduna köçürdüyü vəsaitlərin həcmində də artım baş verib. Belə ki, təkcə son üç ayda mənfəət neftinin satışından daxil olan vəsaitlər ilin ilk altı ayındakı göstəricidən çox olub. ümumilikdə, ilin əvvəlindən indiyədək DNF neft sazişlərinin həyata keçirilməsi ilə bağlı 5 milyard 191 milyon manat, o cümlədən, mənfəət neftinin və qazının satışından 5 milyard 107 milyon manat gəlir əldə edib. Fondun tranzit gəlirləri, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi üzrə dividentləri, bonus ödənişləri və xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərin həcmi də artıb.
Dövlət Neft Fondunun 2009-cu ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 5 milyard 465 milyon manat olsa da, xərcləri 3 milyard 954 milyon manat təşkil edib. Yəni, fond son 9 ayda əhəmiyyətli dərəcədə gəlir əldə etməyə nail olub. DNF-nin xarici banklarda yerləşdirdiyi vəsaitlərin idarə olunmasından əldə etdiyi dividentlərin həcmində də artım qeydə alınıb. Əgər fond ilin 6 ayında təxminən 100 milyon manat həcmində divident qazanmışdısa, son üç ayda bu rəqəm 170 milyon manatdan çox olub. ümumilikdə, DNF-nin vəsaitlərin idarə olunmasından əldə olunan gəliri 2009-cu ilin 9 ayı üzrə 273,6 milyon manata bərabər olub. Şahmar Mövsümov deyib ki, Azərbaycan ehtiyat vəsaitlərinin ən etibarlı və nüfuzlu banklarda idarəetməyə verilməsini davam etdirəcək. Hazırda vəsaitlərin 56,09 faizi dollarda, 39,35 faizi avroda, 4,56 faizi isə funt-sterlinqində saxlanılır. Onu da qeyd edək ki, dividentlərin gəlirlik dərəcəsi 3,79 faiz təşkil edir. DNF-nin investisiya portfelinin tərkibinə gəlincə, Ş.Mövsümov aktivlərin 93 faizinin qiymətli kağızlarda, 1,8 faizinin qısamüddətli kommersiya kağızlarında, 3,5 faizinin depozitlər və digər maliyyə alətlərində, 0,91 faizinin isə bank hesablarında yerləşdirildiyini diqqətə çatdırıb. Şahmar Mövsümov neft gəlirlərinin yerli banklarda yerləşdirilməsinin nəzərdə tutulmadığını da vurğulayıb. Onun fikrincə, valyuta rezervləri dünyanın ən reytinqli və likvidliyinə görə nüfuzlu banklarında saxlanılır.
Dövlət Neft Fondunun icraçı direktoru deyib ki, qurum 2009-cu ildə nəzərdə tutulan bütün investisiya və sosial layihələri maliyyələşdirə bilib. Şahmar Mövsümovun fikrincə, son 9 ayda Neft Fondu 2009-cu il büdcəsinin icrası ilə bağlı 3 milyard 685 milyon manat vəsaiti dövlət büdcəsinə transfer edib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 69,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 92,4 milyon manat və Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi layihəsinə 94,1 milyon manat vəsait ayrılıb. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldilib. DNF “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə isə 3,2 milyon manat vəsait ayırıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

