Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Deputat: Regionda təhlükəsizliyə əsas təhdid işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulmasıdır

Deputat: Regionda təhlükəsizliyə əsas təhdid işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulmasıdır

05.10.2018 [08:53]

Bişkekdə payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının əsas müzakirə mövzusu “Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olub.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğızıstanın xarici işlər naziri regiondakı təhlükələrdən və bu təhlükələrin aradan qaldırılması yollarından danışıblar.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili regionda təhlükəsizliyin pozulmasında əsas təhlükə mənbəyinin işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulması olduğunu deyib. O, Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınmasının bütün region üçün mühüm önəm kəsb etdiyini bildirib. “Bu gün Azərbaycanın ərazisinin beşdəbiri işğal altındadır, əhalisinin isə hər doqquz nəfərindən biri məcburi köçkündür”, - deyən deputat bu faktın həm də Azərbaycanda prioritet olan insan kapitalının inkişafına mane olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin üzvü regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi, daxili sabitliyi, vətəndaş həmrəyliyini, multikulturalizmi, dinlərarası və xalqlararası dialoqu, dayanıqlı və dinamik iqtisadi inkişafı göstərib və buna nail olmaqda hər bir ölkəni Azərbaycanın təşəbbüslərini dəstəkləməyə çağırıb.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30