Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə
28.10.2009 [09:46]
Ali Məclisin sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, infeksiya mənşəli donuz qripinin insan sağlamlığına ziyanı ilə bağlı bütün dünyada həyəcan təbili çalınmaqdadır. Bəzi ölkələrdə ciddi məhdudlaşdırıcı tədbirlər görülür, fövqəladə vəziyyət elan olunur, təhsil müəssisələri, məktəblər bağlanır. Muxtar Respublikanın yerləşdiyi coğrafi şərait, xarici ölkələrlə gömrük-keçid məntəqələrinin mövcudluğu donuz qripi ilə mübarizə sahəsində təcili tədbirlərin görülməsini tələb edir.
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, səhiyyə naziri, təhsil naziri, Dövlət Baytarlıq Xidmətinin rəisi, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru və başqaları çıxış edərək donuz qripi virusuna qarşı həyata keçirilən profilaktik tədbirlər barədə məlumat veriblər. Ali Məclisin sədri müzakirə olunan məsələ ilə əlaqədar müvafiq orqanlara konkret tapşırıqlar verib. Qeyd olunub ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsi İran və Türkiyə ilə gömrük-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq hava limanında nəzarəti gücləndirməli, idxal olunan ərzaq məhsullarının keyfiyyətini yoxlamalı, şübhəli olanların gömrük keçid məntəqələrindən birbaşa stasionar yoxlama müəssisələrinə göndərilməsini təmin etməli, muxtar respublikaya gələn nəqliyyat vasitələrinin dezinfeksiyasını daha da gücləndirməlidir.
Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə daxili bazarda, ticarət-iaşə müəssisələrində laborator analizlərin həyata keçirilməsini və müddəti ötmüş ərzaq məhsullarının dövriyyədən çıxarılmasını təmin etməlidir.
Təhsil Nazirliyinə tapşırılıb ki, məktəblərdə fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinə gündəlik nəzarəti həyata keçirsin, Səhiyyə Nazirliyi ilə birlikdə şagirdlər arasında yoxlama-profilaktik tədbirlərini genişləndirsin.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

