Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

12.12.2018 [10:22]

Dekabrın 11-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda Ulu öndərin məzarı önünə əklil qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında da mühüm xidmətləri var. Hələ sovet dövründə bu xidmətdə milliləşmə siyasətinin aparılmasında dahi şəxsiyyətin rolu böyükdür. Ulu öndərin əsasını qoyduğu şanlı məktəbin ənənələrini qürur və şərəflə yaşadan DTX-nin şəxsi heyəti müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir və Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Bu gün xalqımız qəti əmindir ki, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni uğurlara imza atacaq və Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30