Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar

RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar

14.12.2018 [09:34]

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətləri başçılarının görüşündən sonra ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi brifinqdə söyləyib.
Mariya Zaxarova qeyd edib ki, konkret tədbirlərin bütöv bir kompleksindən söhbət gedir. O deyib: “Bu tədbirləri hazırlamaq lazım gələcək. Münaqişə tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə bu məsələ ilə məşğul olmalıdırlar”.
RF XİN-in rəsmi nümayəndəsi daha sonra bildirib ki, Milan görüşündən sonra intensiv dialoq aparılır. Rusiya tərəfi ATƏT-in Minsk qrupunun həmsədri kimi, “başlıca məqsədə nail olmağa yönəlmiş müsbət dinamikaya” kömək edəcək.
“Başlıca məqsədi isə bilirsiniz, biz bu barədə dəfələrlə danışmışıq”, - deyən M.Zaxarova vurğulayıb ki, nazir Sergey Lavrovun Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq.
O deyib: “Rusiyalı nazirin regiona səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi həmişə mərkəzi mövzulardan biridir. Nazir həm Bakıya, həm də Yerevana gedir. Bu da təbiidir, çünki bu, hər iki ölkə üçün mühüm məsələdir, Rusiya isə müvafiq prosesin həmsədridir”.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30