Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər

Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər

18.12.2018 [10:04]

Azərbaycan şirkətləri Kiyev şəhərində yol, infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikri Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko Yeni il münasibətilə xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri üçün təşkil etdiyi rəsmi qəbulda çıxışı zamanı söyləyib.
V.Kliçko bildirib ki, hər bir paytaxt ölkənin simasıdır. Azərbaycan şirkətləri Ukraynanın ürəyi hesab edilən Kiyevin gözəlləşməsi üçün keyfiyyətli işlər həyata keçirirlər. Buna görə V.Kliçko tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə öz təşəkkürünü bildirib.
Qeyd olunub ki, Almaniya, Belarus və İsveç şirkətləri də Kiyevdə həyata keçirilən iri layihələrdə yaxından iştirak edirlər.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30