Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır

Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır

18.12.2018 [10:06]

Bu il dünyanın müxtəlif ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib. Belə tədbirlərdən biri də Avropa Parlamentində təşkil edildi. Güclü, sabit Azərbaycan Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır.
Bu fikirləri Avropa Parlamentində AXC-nin 100 illiyinə həsr edilmiş tədbirdə Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev AZƏRTAC-a müsahibəsində söyləyib.
Deputat qeyd edib ki, müstəqilliyimizin 100 illiyinə həsr edilmiş tədbirin Avropa Parlamentində keçirilməsi təsadüfi deyil. “Burada Avropanın 28 ölkəsinin deputatları var. Bu ölkələrin ictimaiyyəti tariximizi, Azərbaycanın dünyada parlamentli respublika quran ilk müsəlman ölkəsi olduğunu biləcək. Tədbirdə AXC-nin tarixi ilə bağlı faktları, ölkəmizdə 100 il əvvəl demokratiyanın təməlinin qoyulduğunu, qadınlara səsvermə hüququ verildiyini avropalıların diqqətinə bir daha çatdırdıq”, - deyə C.Feyziyev vurğulayıb.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30