Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Eldar İbrahimov: Prezident İlham Əliyev xalqımızın dəstəyi ilə Azərbaycana daha böyük uğurlar qazandırmaqda davam edəcək

Eldar İbrahimov: Prezident İlham Əliyev xalqımızın dəstəyi ilə Azərbaycana daha böyük uğurlar qazandırmaqda davam edəcək

07.02.2019 [09:29]

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bütün sahələrdə uğurlar qazanıb. Bunun nəticəsidir ki, regionun lider dövləti olan Azərbaycan istər daxili sabitliyinə, istərsə də beynəlxalq nüfuzuna görə seçilir. Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də davamlı tədbirlər görülür. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr isə onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər. Bu mənada, müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir. Onun sözlərinə görə, son 15 ildə respublikamızda iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib: “Ötən illər ərzində dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı az olub. Son 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycanın qazandığı uğurların fonunda müəyyən beynəlxalq dairələr, anti-azərbaycançı mərkəzlər və erməni lobbisi çox ciddi narahatlıq keçirir. Ona görə də vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli qətnamələr qəbul olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin əleyhinə bəyanatlar verirlər. “Bütün bunlar məqsədli şəkildə həyata keçirilir ki, ölkəmizin artan beynəlxalq nüfuzuna zərbə vurulsun, dünya dövlətləri Azərbaycana etimad etməsinlər. Amma hər zaman belə planlar iflasa uğrayıb. Son vaxtlar yenə də həmin qüvvələr fəallaşmağa başlayıblar. Amma hər zaman olduğu kimi, bu dəfə də məqsədlərinə çata bilməyəcəklər”, - deyən E.İbrahimov söyləyib ki, Azərbaycanda radikal müxalifət düşərgəsi də həmin xarici dairələrin əlaltılarıdır. Bu səbəbdən də mitinq adı altında qarşıdurma yaratmaq istəyirlər. Onun fikrincə, bu gün ölkəmizdə insanlar radikallara açıq şəkildə “yox” deyərək özünün məqsədyönlü siyasəti ilə Azərbaycanı dinamik inkişaf relsləri üzərinə çıxaran iqtidarla həmrəylik nümayiş etdirirlər. Dağıdıcı ünsürlərin düzənlədiyi hər bir tədbir isə cəmiyyətimizin onlara olan mənfi münasibətini növbəti dəfə açıq şəkildə ortaya qoyur. Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir.
“Qeyd etdiyim kimi, ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq-hakimiyyət birliyinin formalaşması və bir vəhdət təşkil etməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-azərbaycançı, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş istifadə olunur. Sosial şəbəkələrin müsbət cəhətləri çox olsa da, təəssüf ki, ondan heç də xoş olmayan məqsədlər üçün də istifadə olunur. Belə ki, ölkəmiz haqqında yalan məlumatlar yayılır, insanların şərəf və ləyaqəti təhqir olunur, dövlət adamlarına şər atılır və s. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir. Ona görə də müvafiq orqanlar belə halların qarşısını almaq üçün lazımi ölçülər götürməlidir. Xüsusilə, bununla bağlı qanunlarımız sərtləşdirilməli, bu qanunu pozanlar cəzalandırılmalıdırlar. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə yalan yazmaqla insanları aldatmaq mümkün deyil. Xalqın gözü tərəzidir və Prezidentimiz İlham Əliyevin Azərbaycanın daha da güclənməsi istiqamətində gördüyü işlər vətəndaşlar tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də heç bir qüvvə ölkəmizdə vətəndaş həmrəyliyini, xalq-iqtidar birliyini sarsıda bilməz. Şübhəsiz ki, Prezident İlham Əliyev xalqımızın dəstəyi ilə bundan sonra Azərbaycana daha böyük uğurlar qazandırmaqda davam edəcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30