Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / TürkPA-ya üzv ölkələr ortaq mədəni mirasın qorunmasını müzakirə ediblər

TürkPA-ya üzv ölkələr ortaq mədəni mirasın qorunmasını müzakirə ediblər

02.03.2019 [09:47]

Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin milli qanunvericiliyinin uyğunlaşdırılmasına dair üçüncü seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, TürkPA-nın hüquqi məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmət Uçmanın sədrlik etdiyi iclasda TürkPA-nın baş katibi Altınbek Mamayusupov, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən deputatlar və ekspertlər iştirak ediblər.
Beynəlxalq qanunvericiliklərin uyğunlaşdırılması məsələlərinin müzakirə olunduğu seminarda yekun hesabat qəbul edilib.
Tədbirdə milli qanunvericiliklərin uyğunlaşdırılması metodlarının müəyyənləşdirilməsində TürkPA komissiyalarına dəstək vermək üçün palata iclaslarının ildə iki dəfə keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Milli Məclisinin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Fuad Məmmədov üzv ölkələrin turizm haqqında model qanun layihəsinin qəbul olunmasının önəmini qeyd edərək bu məqsədlə milli parlamentlərdə daimi işçi qrupunun yaradılması, hər bir model qanun üçün ayrılıqda 4 iclasın keçirilməsi, model qanun layihəsinin TürkPA katibliyinə təqdim edilməsi təklifini irəli sürüb.
Seminarda, həmçinin Beynəlxalq Türk Akademiyasının (TWESCO) hazırladığı Türk dünyası qeyri-maddi mədəni irslərinin qorunmasına dair saziş layihəsinin müvafiq qanunvericiliklərin uyğunlaşdırılması üçün əsas sənəd olacağı ifadə edilib.
TWESCO-nun prezidenti Darhan Kıdırali Türk dünyasının mədəni irsinin qorunmasına və istifadə olunmasına dair saziş layihəsi hazırladıqlarını diqqətə çatdırıb. Akademiya rəhbəri Türk dünyası mədəni irslərinin birgə istifadəsinə dair qanun layihəsi hazırlamaq istədiklərini bildirib, ortaq mədəni mirasın siyahıya alınması, ortaq dəyərlərin birgə qorunması təklifini irəli sürüb.
İclasda ortaq ədəbiyyat və tarix komissiyasının yaradılması, ortaq mədəniyyət və adət-ənənələrin sərgisinin nümayiş olunması təklifi müzakirə olunub.
Seminarda üzv ölkələr arasında turizmin inkişaf etdirilməsi üçün vizaların ləğv olunması, ortaq yol xəritəsinin hazırlanması, ortaq terminlərdən istifadə edilməsi məsələləri də nəzərdən keçirilib.
Növbəti seminarın 2019-cu ilin sentyabrında Türkiyədə keçirilməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30