Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər dünya üçün çox gözəl nümunədir
07.03.2019 [10:39]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Mustafa Şentopu Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Baş nazir bu səfərin qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
“Bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Qardaş ölkələrimiz arasındakı münasibətlər dünya üçün çox gözəl nümunədir. Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etdirilərək həm ikitərəfli, həm də çoxtərəfli formatda böyük uğurlar əldə olunub. Bu əməkdaşlıq bizim ölkələrimizin, xalqlarımızın maraqlarına xidmət etməklə yanaşı, regionun inkişafına da mühüm töhfələr verir”, - deyə Novruz Məmmədov qeyd edib.
Baş nazir Azərbaycanın və Türkiyənin nəqliyyat və energetika sahələrində birgə reallaşdırdıqları layihələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verdiyini bildirib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop iki dövlət arasında yeni vəzifəyə başlayan rəsmilərin ilk səfərlərini qardaş ölkəyə etmələrinin artıq bir ənənəyə çevrildiyini bildirərək, Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Mustafa Şentop bildirib ki, ölkələrimiz tərəfindən həyata keçirilən qlobal əhəmiyyətli layihələr, o cümlədən “STAR” neft emalı zavodunun, Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə münasibətlərinin göstəricisidir.
Parlament sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu, qardaş dəstəyinin daim davam etdiriləcəyini vurğulayıb.
Söhbət zamanı ölkələrimizin parlamentləri arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10

