Azərbaycan ABŞ ilə tərəfdaşdır və bütün sahələrdə çox güclü əməkdaşlıq edir
17.12.2009 [09:55]
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SİA-ya eksklüziv müsahibəsi:
- Novruz müəllim, ABŞ hökuməti Ermənistana və Dağlıq Qarabağ separatçılarına birbaşa maliyyə yardımı ayırıb. Bu məsələni necə şərh edərdiniz?
- Artıq bu məsələ ilə bağlı mətbuatda bir sıra açıqlamalar verilib. Məsələni birmənalı olaraq qiymətləndirmək mümkün deyil. Şübhəsiz ki, Azərbaycan tərəfini təmsil edən ayrı-ayrı strukturların verdiyi bəyanatlarda həqiqət var. Gərək Amerika Birləşmiş Ştatları (ABŞ) hər hansı bir işi görərkən, bunu hərtərəfli əsaslandırsın. Düzdür, bu, ABŞ hökumətinin öz mövqeyi deyil, Konqresin qərarıdır. Digər tərəfdən, Konqres ABŞ-ın qanunverici orqanıdır və onun qəbul etdiyi qərarlar ABŞ hökumətinin qarşısına məsuliyyət qoyur. Həmçinin, həmin qərarda vəsaitin hansı məqsəd üçün verilməsi göstərilməyib. Eyni zamanda, bu yardımın məhz, Dağlıq Qarabağa verilməsi qərarı birmənalı qarşılanmır. Eyni zamanda, millət vəkillərimizin sözügedən məsələnin əleyhinə fikir söyləməyə hüquqları var. Buna baxmayaraq, biz ABŞ ilə tərəfdaşıq və bütün sahələrdə çox güclü əməkdaşlıq edirik. Onu da qeyd etmək istəyirəm ki, bu gün həm Avropada, həm də ABŞ-da analitiklər bir təhlil aparsalar, postsovet məkanında Qərb dövlətləri ilə Azərbaycan qədər uğurlu əməkdaşlıq edən ikinci bir ölkə tapa bilməzlər.
- 2009-cu il artıq başa çatır. Bu ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində necə qiymətləndirirsiniz?
- Sözügedən məsələ ilə bağlı, ümumi olaraq, onu demək olar ki, 2009-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox mühüm bir il olub. Azərbaycan Prezidentinin fəaliyyətinin əsasını bu mövzu tutub və dövlət başçısı bu istiqamətdə bütün addımları atıb. Prezident İlham Əliyev xarici ölkələrdə apardığı bütün danışıqlarda, eyni zamanda regional məsələlərin müzakirəsində Dağlıq Qarabağ münaqişənin həlli yollarını müzakirə edib, diqqəti bu məsələyə yönəldib. Təkcə onu qeyd etmək kifayətdir ki, bu il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında 6 görüş olub. Bu vaxta qədər iki ölkənin prezidentləri arasında görüşlər belə intensiv olmamışdı. Həmin görüşlərin heç də hamısını uğurlu adlandırmaq olmaz. Amma, hər halda səylər ortada idi. Bu nöqteyi-nəzərdən, eyni zamanda, Azərbaycan Prezidenti münaqişənin həllinə yardım edəcək ölkədaxili prosesləri də çox məharətlə bu istiqamətə yönəldib. öncə onu qeyd edək ki, Azərbaycan dünyada baş verən maliyyə böhranından zərər çəkməyib, əksinə, hətta, ölkə iqtisadiyyatının inkişafında 8 faiz, üDM-də isə 9 faiz artım müşahidə edilib. Bütün bu rəqəmlər Qərbin Ermənistanı xilas etmək üçün atdığı addımların qarşısında çox güclü bir mesajdır. Bunlar, əslində, Azərbaycanın mövqeyini çox gücləndirib. Azərbaycan Prezidenti eyni zamanda regionda gedən prosesləri, yəni Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsini də çox məharətlə Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldə bilib. Azərbaycan Prezidenti bir daha dövlətimizin maraqlarının keşiyində ayıq-sayıq dayandığını sübut edib. Azərbaycan Prezidenti göstərib ki, O, bu dövlətin başçısıdır, xalqın inamı, etibarı sayəsində bütün istiqamətlərdə uğurlu addımlar atır və ölkəsinin maraqlarını müdafiə etmək üçün bütün imkanları səfərbər edib. Dövlət başçımız bir daha Azərbaycan xalqının iradəsini qətiyyətlə ortaya qoyub. Aparılan son danışıqlarda qeyd edilir ki, proses pozitiv dinamika ilə başa çatıb. Bu həqiqətən də belədir. Məsələ burasındadır ki, bu il ərzində artıq dünyanın aparıcı dövlətləri - ABŞ, Rusiya Federasiyası və Fransa münaqişənin həllinin vacibliyinə diqqəti daha da artırıblar. Onlar görürlər ki, doğrudan da Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bərpa olunmasını istəyirlərsə, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu mümkün deyil. Onlar gördülər ki, həlli ən vacib olan məhz Dağlıq Qarabağ münaqişəsidir. İstəsələr də, istəməsələr də, artıq onlar yaxşı başa düşürlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlıdır. Artıq bu məsələlərin bir-birinə bağlı olduğu dünya dövlətlərinə də bəllidir. Rusiya, ABŞ və Fransa prezidentləri də dövlət başçısı İlham Əliyevlə müxtəlif vaxtlarda apardıqları telefon danışıqları və görüşləri zamanı bəyan ediblər ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Onlar Azərbaycan və Ermənistan prezidentlərini bu münaqişənin həllinə çağırıblar. Ən əsası isə bütün bunların hamısı Ermənistanın çox çətin vəziyyətə düşməsi fonunda baş verib. Türkiyə - Ermənistan sərhədlərinin açılması nə deməkdir? Doğrudan da, bu gün Ermənistanın vəziyyəti çox ağırdır və müxtəlif yollar axtarır ki, məhv olmaqdan qurtulsun. Rusiyanın çox yaxın tərəfdaşı olan Ermənistanla münasibətləri heç də əvvəlki səviyyədə deyil. Ermənistan özünü ətraf mühitdən, dünya ölkələrindən 80-90 faiz təcrid vəziyyətə salıb. Bu gün Ermənistana bir nəfəs verilməsi lazımdır. Ona görə də, bəzi dövlətlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına can atırlar. Ermənistanla Türkiyə arasında sərhədlər açılarsa, bu ölkə az da olsa özünə gələ bilər. Biz istəsək də, istəməsək də, aydın görünür ki, bütün bunların hamısı Qərb dövlətlərinin Ermənistana olan diqqət və qayğısıdır. Bizim bunlara etirazımız yoxdur, nə qədər istəyirlər Ermənistana qayğı göstərsinlər, amma Azərbaycana qarşı da ədalətli olsunlar. Azərbaycan kimi bir dövlətin etdiklərinin qarşısında, ona müəyyən mənada dırnaqarası baxmaq olmaz.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

