Qaradağda yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
26.12.2009 [09:50]
“Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu” rayon ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinə, qaçqın, köçkün və aztəminatlı ailələri sevindirib. Yeni il öncəsi onlara bayram sovqatı paylanılıb. Bu baxımdan hər il olduğu kimi, bu il də Qaradağ rayonunda yaşayan aztəminatlı ailələr bayramda heç bir sıxıntı çəkməyəcəklər.
“Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu”nun göndərdiyi sovqatda bir ailənin bayramda ehtiyac duyduğu bütün azuqələr toplanıb. Aztəminatlı ailələrə hər biri 5 kq-dan artıq olmaqla bayram hədiyyəsi paylanılıb. Bu, fondun sakinlərə göstərdiyi növbəti qayğıdır. Rayon ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinə, qaçqın, köçkün və aztəminatlı ailələrə yardımların verilməsi artıq ənənə halını alıb və uzun müddətdir ki, bu adət-ənənəyə sadiqlik nümayiş etdirilir.
Qeyd edək ki, bu fondun Qaradağ rayonunda gerçəkləşdirdiyi ilk belə layihə deyil. “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu” rayon ərazisində indiyədək onlarla layihə gerçəkləşdirib.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov bildirib ki, “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu” hər il bayram ərəfəsində rayon ərazisində yaşayan qaçqın, köçkün və aztəminatlı ailələrə - ümumilikdə, 3500 ailəyə bayram sovqatı paylayır: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin bu təbəqədən olan insanlara münasibəti cəmiyyətimizdə hər zaman müsbət fikirlər yaradıb. Bu gün də biz cəmiyyətimizdə bunu sezirik. Əlbəttə ki, belə yardımlar həmin ailələrin sevincinə səbəb olur. Bunu, həmin kateqoriyadan olan insanlara qarşı diqqət və qayğı kimi qəbul etmək lazımdı”.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da vurğulayıb ki, ənənə halını almış bu fəaliyyət aztəminatlı ailələrdə razılıq əlaməti yaradır: “Dövlətimizin sürətli inkişafı aztəminatlı ailələrin rifah halının yüksəlməsinə gətirib çıxarır. Artıq bir müddətdən sonra Azərbaycanda bu istiqamətdə həyata keçirilən siyasət təcrübə kimi digər dövlətlərə də təqdim ediləcək. çünki, Azərbaycanda bütün reallıqlar nəzərə alınaraq uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir”.
ümumilikdə, fondun Qaradağ rayonunun inkişafında böyük xidmətləri var. ölkə başçısının təşəbbüsü və rəhbərliyi altında ümid qəsəbəsində 100-dən artıq qaçqın ailəsi üçün hər cür şəraiti olan mənzillər tikilərək istifadəyə verilib. Bir il əvvəl daha 120 ailə evlə təmin edilib.
“Qaradağ rayonunun sosial- iqtisadi inkişafına yardım fondu”nun təşəbbüsü ilə Qaradağ rayonunda müharibə veteranları və şəhid ailələri üçün 2 yaşayış binası istifadəyə verilib.
Bir neçə aydan sonra isə Lökbatan qəsəbəsində 81 mənzilli növbəti yaşayış binası istifadəyə veriləcək.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

