İndoneziya saytları Azərbaycanın Birinci vitse-prezidenti haqqında məqalələr yayıb
01.09.2020 [09:22]
İndoneziyanın saytları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalələr yayıb.
“Asean Youth”, “Telusur”, “Gprioryti”, “Minanews” saytlarında dərc olunmuş “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır”, “Mehriban Əliyevanın fəaliyyətinin əsasında xalqa məhəbbət dayanır”, “Vətənini və xalqını sevən Mehriban Əliyeva”, “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva” adlı məqalələrdə qeyd olunur ki, ölkəsinin inkişafına xidmət, sosial məsələlərin həlli, şəfqət və mənəviyyat ideyalarına sədaqət, ehtiyacı olanlara yardım Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Vətənini və xalqını böyük məhəbbətlə sevən Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanaraq Azərbaycanın tərəqqisinə mühüm töhfələr verir.
AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” adlı məqaləsinə istinadla dərc olunan yazılarda uzun müddətdir Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyevanın UNESCO və ICESCO kimi beynəlxalq humanitar təşkilatların xoşməramlı səfiri olaraq dünya mədəni irsinin qorunması, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması işinə töhfələrindən bəhs edilir. Qeyd olunur ki, məhz onun səyləri nəticəsində UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ilin iyulunda Azərbaycanda keçirilib və burada beynəlxalq əhəmiyyətli qərarlar qəbul edilib.
Məqalələrdə vurğulanır ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 300 mindən çox insanın həyat şəraiti qısa müddətdə yaxşılaşdırılıb. Bir il ərzində beş mindən çox məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ermənistan ordusunun cəbhə xəttində törətdiyi iğtişaşlar nəticəsində yaralanan azərbaycanlı əsgər və zabitlərin müalicəsi təşkil edilib.
Yazılarda Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda COVID-19 pandemiyasına qarşı həyata keçirilən tədbirlər, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsi barədə məlumatlara da geniş yer verilib.
Azərbaycanın Birinci vitse-prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində müstəsna xidmətlərindən bəhs edən məqalələrdə, eyni zamanda, bu məqsədlə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil edilən tədbirlər barədə də məlumat əksini tapıb.
Məhz çoxşaxəli və yorulmaz fəaliyyətinə görə Mehriban Əliyevanın bir sıra beynəlxalq mükafatlara layiq görüldüyü diqqətə çatdırılır. Vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidentinin ən böyük mükafatı isə xalqının ona olan məhəbbəti və hörmətidir.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr AZƏRTAC-a istinadla Çinin “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics” portalı, Avropa Xəbər Agentliyi, Qazaxıstanın, Rumıniyanın, Moldovanın, Bolqarıstanın, Xorvatiyanın, Yunanıstanın, Rusiyanın, Qırğızıstanın, Özbəkistanın, Yaxın Şərq və Şimali Afrika ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27

