Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Araz Əlizadə: Ali Baş Komandan, Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət hər birimiz tərəfindən tam dəstəklənir

Araz Əlizadə: Ali Baş Komandan, Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət hər birimiz tərəfindən tam dəstəklənir

24.10.2020 [08:39]

“Sentyabrın 27-dən başlayaraq aparılan əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın rəşadətli ordusu işğal altındakı torpaqlarımızın bir hissəsini azad edib. Döyüş meydanında əldə olunan qələbələrimizlə yanaşı, bu gün Prezident İlham Əliyevin xarici siyasət sahəsində nümayiş etdirdiyi müdriklik və peşəkarlıq bütün dünya tərəfindən etiraf olunur. Cənab Prezidentimizin Ali Baş Komandan kimi güclü ordu yaratmaqla bərabər, xarici siyasətdə nail olduğu yüksək nəticələr göz qabağındadır. Hələ ilk dəfə cənab Prezident xarici KİV-lərə müsahibə verəndə, çıxış edəndə Rusiya televiziyalarının aparıcıları Ermənistanın hökumət başçısı ilə Azərbaycanın dövlət başçısı arasındakı səviyyə fərqini etiraf etmişdilər. Ölkə başçısı açıq dəlillərlə Azərbaycanın bu mübarizədə haqlı tərəf olduğunu, Ermənistanın təcavüzkar siyasət yürütüdüyünü bütün dünyaya sübut etdi. Bu gün dünya ictimaiyyəti artıq Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və bu, eyni zamanda, cənab Prezidentin müsahibələrində səsləndirdiyi arqumentləşdirilmiş faktların, dəlillərin, həmçinin peşəkarlığın nəticəsidir”.

Bunu qəzetimizə açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin səyi nəticəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Belə olan halda isə, Ermənistan və Paşinyan açıq məğlubiyyətə uğrayır: “Eləcə də bütövlükdə ölkə ictimaiyyəti, siyasi partiyalar, təşkilatlar bu gün cənab Prezidentin apardığı siyasəti dəstəkləyir. Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqının mövqeyi vahiddir və burada iqtidar-müxalifət məsələsi ola bilməz. Ali Baş Komandan, Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət, iradə hər birimiz tərəfindən tam şəkildə dəstəklənir. Xalqımız öz Prezidentinə inanır və bizim bu mübarizədə qələbəmiz şəksizdir!”

P.SADAYOĞLU

 
Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31