QDİƏT PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə iclası keçirilib
03.12.2020 [10:15]
Dekabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT) və Baltik Assambleyasının Daimi Komitələrinin (BADK) onlayn formatda birgə iclası keçirilib. İclasda dünyada dənizlərin qorunması, iqlim dəyişikliyi və biomüxtəliflik, COVID-19 pandemiyası ilə mübarizə üsulları mövzuları müzakirə olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, QDİƏT PM-nin vitse-prezidenti Eldar Quliyev iştirakçılara bildirib ki, uzaq coğrafiyalarda yerləşən, fərqli ənənələrə, dinlərə və mədəniyyətlərə sahib olan Baltik və Qara dəniz bölgələrini bir çox ümumi maraqlar və problemlər birləşdirir. Bir ildən artıqdır ki, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu dövrdə parlamentlərin üzərinə də böyük məsuliyyət düşüb. Qurumların üzvü olan ölkələrin parlamentləri yeni reallıqlara uyğun olaraq müasir texnologiyalardan istifadə etməklə beynəlxalq fəaliyyətlərini davam etdirib, COVID-19 böhranının iqtisadi və sosial təsirlərinin azaldılmasına yönəlik dəstək tədbirləri keçiriblər. O qeyd edib ki, pandemiyanın insan sağlamlığını ciddi şəkildə təhdid etməsi bütün səviyyələrdə beynəlxalq əməkdaşlıq və koordinasiyanın gücləndirilməsini tələb edir. İndiki məqamda yalnız sıx əlaqələr və yardım tədbirləri virusun ölkələrdə mənfi təsirlərini azalda bilər.
Eldar Quliyev vurğulayıb ki, qloballaşma prosesləri insan sağlamlığı və rifahının ayrılmaz hissəsi olan ətraf mühitin mühafizəsini də zəruri edir. QDİƏT dövlətləri beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə birlikdə konkret nəticələrə yönəlmiş konstruktiv dialoqa getməlidirlər. Çirkli ərazilərin bərpası, ekoloji problemlərin qarşısının alınması, mənfi nəticələrin aradan qaldırılması məqsədilə təsirli ətraf mühit siyasəti həyata keçirilməlidir. O, bundan sonra QDİƏT və Baltik Assambleyası arasında daha səmərəli, konstruktiv əməkdaşlığa ümid etdiyini bildirib. Koronavirusla mübarizədə bütün ölkələrə gözlənilməz təsirlərdən uzaq olmağı və sağlamlıq arzulayıb.
Onlayn iclasda Baltik Assambleyasının prezidenti Piri Niemi, İsveçin xarici işlər naziri Ann Linde, Türkiyənin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Cemal Öztürk, Yunanıstanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Semion Kedikoğlu, Stokholm Universiteti Baltik Dəniz Mərkəzinin Elmi direktoru Kristof Humborq çıxış edərək pandemiya ilə mübarizədə qarşılıqlı əməkdaşlıq, ətraf mühitin mühafizəsi ilə bağlı fikirlərini söyləyiblər. Mövzuları əhatə edən ekspert rəyləri dinlənilib, cari məsələlər müzakirə edilib.
Onlayn toplantıya rumıniyalı deputat, QDİƏT PM-in İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Katalin Zamfiranın çıxışı ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

