Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır
17.04.2010 [14:58]
Yer üzündəki xalqların və həmin xalqların formalaşdırdıqları dövlətlərin arasındakı əməkdaşlıq əlaqələri hər zaman diqqətlə izlənib. Bu da səbəbsiz deyil. çünki bəşəriyyətdə əbədi dincliyin və sabitliyin hökm sürməsi, insanların rifah halının yaxşılaşdırılmasının bir yolu da məhz dövlətlər arasındakı əlaqələrdən keçir. “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasındakı, tarixin ən ağır sınaqlarından üzüağ çıxmış əməkdaşlığı isə dünya birliyi üçün nümunə adlandırmaq olar. Ən azı ona görə ki, xalqlarımızın qardaşlıq, sədaqət və mərdlik prinsipləri üzərində qurduğu Türkiyə-Azərbaycan əməkdaşlığı bu gün də öz aktuallığını qorumaqla yanaşı, daha da dərinləşməkdədir.
Lakin təəssüflə qeyd etmək yerinə düşər ki, iki qardaş ölkə arasındakı əlaqələrin bu cür yüksək səviyyədə olması bəzi qüvvələri ciddi şəkildə narahat etməkdədir. Odur ki, həmin xarici qüvvələr və onların yerli havadarları ölkələrimiz arasındakı dərin bağları qırmaq üçün dəridən-qabıqdan çıxırlar. Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində oynanılan “diplomatik” oyunlar deyilənləri təsdiqləyir. Məlum olduğu kimi, başda Birləşmiş Ştatlar olmaqla, bəzi Qərb ölkələri rəsmi Ankaradan işğalçı Ermənistanla sərhədləri açmağı tələb edir, bu istiqamətdə qardaş ölkəyə təzyiqlər göstərirlər. Bir müddət öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi bədnam qərar həmin istiqamətdə Türkiyəyə yönəlmiş təzyiqlərin növbəti həlqəsini təşkil edir. Lakin qardaş ölkə rəsmiləri, xüsusilə də, Baş nazir Rəcəb Tayyib Ərdoğan bu təzyiqlərin heç bir nəticə verməyəcəyini bəyan ediblər. Bu fikirlər başa çatan həftənin ilk günlərində okeanın o tayında keçirilən görüşlər zamanı növbəti dəfə açıq şəkildə bəyan edilib.
Daha doğrusu, Baş nazir Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaradan Sürixdə imzalanmış protokollara əməl edilməsinə dair tələblərə cavab olaraq xarici güc mərkəzlərinə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının səbəblərini xatırlamağı məsləhət görüb: “Sürixdə imzalanan protokollarda məqsəd çox dəqiq ifadə olunub - bölgədə sülhü bərpa etmək. Azərbaycanı bu prosesdən kənarda tutmaq olarmı? Azərbaycan bölgədə gedən sülh proseslərinin bir ünsürüdür. Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunması, tərəflərin ortaq məxrəcə gəlməsi lazımdır. Hər şeydən əvvəl Türkiyə-Ermənistan sərhədləri niyə bağlanıb? Bunu nəzərdən qaçırmaq olmaz. Yəni, 1993-cü ildə sərhəd niyə bağlandı? Ermənistanla Azərbaycan arasında mövcud olan gərginlik, işğal səbəbi ilə bağlandı. İndi sərhədlərin açılması üçün şübhəsiz ki, tərəflər münaqişənin nizamlanmasında irəliləyişə nail olmalı, sülh və əmin-amanlıq bərqərar olmalıdır. Bu baxımdan ATƏT-in Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür”.
Beləliklə, bu açıqlamadan da göründüyü kimi, qardaş ölkə növbəti dəfə “bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirib və bütün təzyiqlərə baxmayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunması mövqeyindən geri çəkilməyib. Onu da bildirmək yerinə düşər ki, qardaş ölkənin bu mövqeyi rəsmi Bakı tərəfindən hər an yüksək qiymətləndirilib. Aprelin əvvəllində Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri zamanı keçirilən hər bir görüşdə sərgilədiyi prinsipial mövqeyə görə qardaş ölkəyə minnətdarlıq edilib. Aprelin 2-də səfər çərçivəsində İstanbuldakı “çırağan” sarayında Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən akademik Ramiz Mehdiyev vurğulayıb ki, Türkiyə rəhbərliyinin Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla protokolların təsdiq olunmayacağı barədə bəyanatları xalqımızı məmnun edir: “Unutmaq lazım deyil ki, Ermənistan təkcə Azərbaycan torpaqlarına deyil, Türkiyənin ərazilərinə də göz dikib. Rəsmi İrəvan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və Madrid prinsipləri ilə razılaşmadığını bəyan edir. Doğrudur, bu prinsiplər Azərbaycanı qane etməsə də, biz bunu bir mərhələ kimi qiymətləndiririk. Təəssüf ki, 20 ildir münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupu işğalçı Ermənistandan təcavüzə son qoymağı tələb etmir. Azərbaycan indi hərbi sənayesini inkişaf etdirir və güclü ordu qurmuşdur. Biz, torpaqlarımızı işğaldan istənilən şəkildə azad etmək hüququna malikik. Eyni zamanda, Azərbaycan Türkiyə əleyhinə erməni lobbisi və onların havadarlarının fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir. Prezident İlham Əliyev ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” qərarından sonra bəyanat verərək, qardaş Türkiyənin yanında olduğunu bildirmişdir. Son zamanlar Rusiya və Türkiyənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərinin güclənməsi də Azərbaycanda məmnunluqla qarşılanır”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri həmin görüşdə, eyni zamanda, qardaş ölkələrimizin bəzi mətbuat nümayəndələrini bir-birinə qarşı yazılar dərc etməkdən uzaq durmağa, əsas diqqəti dövlətlərimizə və xalqlarımıza qarşı düşmən olan qüvvələrlə mübarizəyə yönəltməyə çağırıb. Bu günlərdə ortaya çıxan bəzi məqamlar akademikin həmin çağırışının heç də əsassız olmadığına işarə edir. Daha doğrusu, Türkiyənin “Hürriyət” qəzetinin 15 aprel sayında dərc olunmuş, yazar Mehmet Əli Birandın “Türkiye çırpınıyor, Azeriler ise hiç oralı değiller” sərlövhəli məqaləsi Azərbaycanla Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına yanaşmada prinsipial mövqelərindən dönməməsinin bir çox qüvvələri narahat etdiyini açıq şəkildə ortaya qoyub. Görünən odur ki, Bakının və Ankaranın Ermənistanla kommunikasiya xətlərinin açılması üçün əsas şərt kimi işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını göstərməsi, yalnız bu iki dövlətə təzyiqləri artıran xarici güc mərkəzlərini deyil, bəzi daxili qüvvələri də ciddi şəkildə qıcıqlandırır. Onlar Türkiyənin Azərbaycanı, Azərbaycanın isə Türkiyəni dəstəkləməsini həzm edə bilmirlər. Və böyük təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, bu cür qüvvələrə media sahəsində də rast gəlinməkdədir. Hər halda, sözügedən məqalənin müəllifinin “Əgər Türkiyə yalnız öz maraqları haqda düşünsəydi, indi vəziyyət fərqli olardı” sözlərinə başqa cür qiymət vermək qeyri-mümkündür.
Lakin Birand və onun kimi düşünən xaricdəki qüvvələr bilməlidirlər ki, iki qardaş ölkənin arasını soyutmağa hesablanmış bütün bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da dediyi kimi, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır: “Biz Türkiyə ilə “bir millət, iki dövlət” prinsipi çərçivəsində analoqu olmayan diplomatik, siyasi, sosial, mədəni əlaqələrə malikik və bu əlaqələri kiminsə diktəsi ilə pozmaq fikrində deyilik. Türkiyə də bu fikirdədir”.
Bir sözlə, bu gün qardaş ölkələr olan Azərbaycanla Türkiyənin mətbuat nümayəndələri düşmənlərimizin istəyinin reallaşmaması, onların arzularının puç olması üçün əsas diqqəti dövlətlərimizə və xalqlarımıza qarşı düşmən olan qüvvələrlə mübarizəyə yönəltməlidirlər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

