Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elşən Musayev: Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarımızı qısa müddətdə dirçəltmək əzmindədir

Elşən Musayev: Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarımızı qısa müddətdə dirçəltmək əzmindədir

29.01.2021 [09:20]

“Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində Azərbaycan son üç onillik ərzində qarşısında duran əsas məsələnin həllinə nail oldu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.
Elşən Musayev bildirib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı hədəfləri cəmiyyətimizə çatdırıb. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir: “Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində azad olunan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi diqqət mərkəzindədir. İşğaldan azad edilən ərazilərin bərpası işləri isə müəyyən ardıcıllıqla həyata keçiriləcək”.
NARDAR

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31