/ / Sübut Əsədov: Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara hər səfəri əlamətdar hadisələrlə yadda qalır
Sübut Əsədov: Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara hər səfəri əlamətdar hadisələrlə yadda qalır
02.06.2021 [09:01]
“Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara hər səfəri əlamətdar hadisələrlə yadda qalır. Dövlət başçısının Ağdama səfəri, orada iştirak etdiyi tədbirlər, rayon sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər xalqımızda bir daha qürur və fərəh hissi yaratdı”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
S.Əsədovun sözlərinə görə, dövlət başçısının 28 May - Respublika Günündə Ağdama səfər etməsi və şəhərin Baş Planının məhz həmin gün təsdiq olunması da təsadüfi deyil: “Azərbaycan Prezidentinin də vurğuladığı kimi, 28 May - Respublika Gününün Ağdam şəhərində qeyd edilməsinin və Ağdam şəhərinin Baş Planının həmin gün təsdiq edilməsinin çox böyük rəmzi mənası var. Ən mühüm və sevindirici hal odur ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olublar, öz fikirlərini bildiriblər”.
Partiya sədri deyib ki, Ağdam şəhərinin bərpasına Respublika günündə start verilməsi, Ağdamda tarixi mərasimlərin keçirilməsi müstəqil dövlətimizin nə qədər güclü olduğunun göstəricisidir: “Dövlət başçısının da qeyd etdiyi kimi, biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirib. Bundan sonra atılacaq əsas addımlar yenidənqurma və bərpa işləri ilə bağlı olacaq. Əminliklə bildirmək olar ki, bütün nəzərdə tutulmuş planlar icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. Buna baxmayaraq, işğal dövründə rayonun məruz qaldığı vandalizm aktlarının tarixə ötürülməsi üçün Ağdamda Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin yaradılması da mühüm əhəmiyyətə malikdir. Ona görə ki, tarixi ədaləti bərpa etsək də, torpağımızdan qovduğumuz düşmənin cinayətlərini unutmamalıyıq”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

