/ / Sahibə Qafarova: İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çox uğurlu keçdi
Sahibə Qafarova: İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çox uğurlu keçdi
03.06.2021 [09:01]
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına səfəri çərçivəsində iyunun 2-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İslamabadda keçirilən İkinci Ümumi Konfransında yekun çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri bu konfransı İƏT PA-nın hədəfləri baxımından çox səmərəli və uğurlu hesab etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova belə yüksək səviyyəli tədbirin keçirilməsinə və göstərilən qonaqpərvərliyə görə Pakistan parlamentinin sədri Əsəd Qeysərə və Katibliyin üzvləri də daxil olmaqla, Pakistan parlamentinin bütün üzvlərinə təşəkkür edib. O, həmçinin Əfqanıstandan olan həmkarını bu ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının növbəti - üçüncü Ümumi Konfransına ev sahibliyi etmək qərarı münasibətilə təbrik edib, həmkarına növbəti konfransda uğurlar arzulayıb.
Milli Məclisin sədri bildirib ki, İkinci Ümumi Konfrans parlamentlərimizin İƏT-ə üzv ölkələr arasında inteqrasiya proseslərinə daha çox dinamizm verilməsinin zəruriliyinə dair ortaq mövqelərini müəyyənləşdirmək baxımından çox əhəmiyyətli oldu. Konfransın nəticələri təşkilat üzvlərinin bölgələrimizdəki tərəfdaşlıq və əməkdaşlıq proseslərini inkişaf etdirmək əzmində olduqlarını bir daha nümayiş etdirdi.
Milli Məclisin sədri konfrans çərçivəsində parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşlərdən məmnunluğunu ifadə edib. Bildirib ki, iki gün ərzində davamlı inkişaf məqsədləri, ticarət və qarşılıqlı əlaqələr, turizm sahəsində əməkdaşlıq, yoxsulluğun azaldılması, siyasətdə qadınlar, iqlim dəyişiklikləri, COVID-19 qlobal pandemiyasına qarşı mübarizədə birgə səylərin gücləndirilməsi, eləcə də hamını maraqlandıran müxtəlif mövzularda dərin və əhatəli müzakirələr aparıldı.
Milli Məclisin sədri yekun nitqinin sonunda gələcəkdə ölkələrimizin daha da inkişafı və xalqlarımızın rifahı üçün yeni fürsətlərin yaranacağına əminliyini bildirib, təşkilat üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə İkinci Ümumi Konfransın yekunlarına dair İslamabad Bəyannaməsi imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30

