/ / Elşən Musayev: Ermənistanı uzun illər idarə edən şəxslər yanlış siyasət nəticəsində xalqı və dövləti uçuruma aparıblar
Elşən Musayev: Ermənistanı uzun illər idarə edən şəxslər yanlış siyasət nəticəsində xalqı və dövləti uçuruma aparıblar
04.06.2021 [09:19]
“Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə mövcud reallığı əks etdirən çıxışı yerli və beynəlxalq auditoriyada böyük maraq doğurdu. Dövlətimizin başçısı çıxışında bir daha vurğuladı ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün çox böyük səhvə yol verib və 30 ilə yaxın müddətdə həm özünə, həm də qonşu ölkələrə ziyan vurub. Ermənistan öz səhvi ucbatından həm də energetika və nəqliyyatın inkişafı sahəsində Azərbaycanın təşəbbüslərindən kənarda qalıb”. Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev bildirib ki, Ermənistanı uzun illər idarə edən şəxslər yürütdükləri yanlış siyasət nəticəsində mənsub olduqları xalqı və dövləti uçuruma aparıblar, bütün enerji layihələrindən kənarda saxlayıblar, səfalət və rəzalət üçün uzunmüddətli zəmin hazırlayıblar. Ona görə Ermənistan, sözün həqiqi mənasında, dağılır: “Ermənistanın iqtisadiyyatı məhv olub və bu səbəbdən insanlar fürsət tapan kimi ölkəni tərk edirlər. Narazı vətəndaşlar hökumətə etirazlarını bildirmək üçün küçələrə çıxırlar. Halbuki zamanında düzgün istiqamət götürsəydilər, normal qonşuluq siyasəti apararaq qonşunun torpağına göz dikməsəydilər, vəziyyət bu həddə çatmazdı. İndi isə Ermənistan etdiklərinin əvəzini ödəyir və ödəməyə davam edəcək”.
Partiya sədrinin sözlərinə görə, Ermənistan 30 ilə yaxın bir dövrdə yalnız dağıtmaqla, yıxmaqla məşğul olub, Azərbaycanın yaşayış məntəqələrinin adlarını dəyişdirməklə tarixi siləcəyinə ümid bəsləyib: “İşğalçı ölkə illər boyunca cəfəngiyyat, terror, yalan üzərindən siyasət yürüdüb, saxta ideologiya ilə var olmağa çalışıb. Nəticədə isə uduzub və rüsvay olub. Azərbaycanın “dəmir yumruğu” onların başını elə əzib ki, bir də çətin özlərinə gələ bilsinlər”.
“Hazırda Ermənistan tükənmiş bir ölkədir və bu dövlətin bundan uzun müddət sonra da perspektivi olmayacaq. Fiasko və məğlubiyyət onları daim müşayiət edəcək. Rəzalət və çöküş onların layiq olduğu sonluqdur”, - deyə E.Musayev qeyd edib.
NARDAR
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

