/ / Tahir Kərimli: Mina xəritələrinin əldə olunması Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasətin uğurlu nəticəsidir
Tahir Kərimli: Mina xəritələrinin əldə olunması Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasətin uğurlu nəticəsidir
06.07.2021 [09:25]
“Ötən ilin noyabrın 10-da imzalanmış birgə Bəyanat 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə yanaşı, regionda yeni siyasi reallıqları ortaya çıxardı. Regionun gələcək inkişafına təkan verəcək bu reallıqlar, Ermənistanın da öz xislətindən əl çəkməsini şərtləndirir. Amma təcavüzkar dövlətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə basdırdığı minaların xəritələrini təhvil verməməsi yeni-yeni müharibə cinayətlərinin baş verməsinə yol açdı. Digər tərəfdən, bu minalar həmin ərazilərin yenidən qurulmasına maneə yaradırdı. Lakin Azərbaycan dövlətinin bu istiqamətdə də apardığı siyasət öz bəhrəsini verdi. Belə ki, iyun ayının 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanın basdırıldığı ərazinin xəritəsini Azərbaycana təhvil verdi. Bundan üç həftə sonra isə Füzuli və Zəngilan ərazilərinə basdırılmış minaların xəritələri Azərbaycan tərəfinə təhvil verildi. Heç şübhəsiz bu, Azərbaycanın diplomatiyasının növbəti uğuru, Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasətin uğurlu nəticəsidir”.
Bu fikirləri açıqlamasında “Vəhdət” Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib. Onun sözlərinə görə, işğalçı Ermənistanın əksinə olaraq Azərbaycan regionda sülhün, əmin-amanlığın bərqərar olması üçün bütün humanitar təşəbbüsləri dəstəkləyir. “Xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, Füzuli və Zəngilanda 92 min mina basdırılmışdı və artıq onların xəritələri əldə olunub, bu olduqca böyük bir uğurdur”.
T.Kərimli deyib ki, bu gün işğaldan azad edilmiş regionlarımızda, xüsusilə Zəngilan və Füzulidə böyük abadlıq, yenidənqurma işləri aparılır, hətta beynəlxalq aeroport tikilir: “Bu mənada, həmin mina xəritələrinin əldə olunması Füzulidə həyata keçirilən və strateji əhəmiyyət kəsb edən yol-nəqliyyat və digər infrastrukturların insan itkisi olmadan qurulmasına imkan yaradacaq”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

