Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Özbəkistanda seçkilər baş tutdu

Özbəkistanda seçkilər baş tutdu

24.10.2021 [12:38]

Özbəkistan MSK-nın məlumatına görə, yerli vaxtla saat 12:00-da (11:00) prezident seçkilərində qeydə alınmış seçicilərin 33,06% - dən çoxu səsvermədə iştirak edib. Beləliklə, seçki qanunvericiliyinə əsasən, ölkə Prezidenti seçkiləri baş tutmuş sayılır.

Bu barədə “Yeni Azərbaycan” qəzetinin baş redaktorunun Daşkəndə ezam olunmuş müavini xəbər verir.

Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Ölkənin Seçki Məcəlləsinə əsasən, seçki prosesi 20:00-dək davam edəcək. Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkiləri izləmək üçün 960 çox müşahidəçi akkreditasiya olunub.

Seçkilərin baş tutması üçün səs verənlər ümumi seçici sayının azı 33%-ni təşkil etməlidir.

Nəzirə Nurullayeva, Daşkənd

Paylaş
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31