Füzuli Beynəlxalq Hava Limanı hərbi strateji üstünlüyümüzdür
28.10.2021 [10:58]
Azərbaycan regionun hava məkanına nəzarət imkanları qazanır
Dünən rəsmi açılış mərasimi keçirilən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan üçün yalnız iqtisadi əhəmiyyət daşımır, həm də mühüm hərbi üstünlüklər vəd edir. Hətta “beynəlxalq” statuslu hava limanının tikilməsi üçün məkan olaraq Füzuli rayonunun seçilməsi də təsadüfi deyil. Azərbaycan həm də regionun hava məkanına nəzarət imkanları qazanır. Burada iqtisadi faktorla yanaşı, təhlükəsizlik və hərbi müdafiə məsələləri də yer alır. Rəylərini öyrəndiyimiz hərbi ekspertlər də bu fikirdədirlər.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, istənilən aeroportun tikintisi planlaşdırılanda iqtisadi cəhətlərlə yanaşı, hərbi-siyasi önəmi də nəzərə alınır. Bu nöqteyi-nəzərdən, Füzuli Beynəlxalq Hava Limanının tikintisi də Azərbaycana təhlükəsizlik baxımından əlavə imkanlar yaradır: “Biz bu aeroportun imkanlarından həm regionun inkişafı, həm də təhlükəsizliyi üçün rahat istifadə edə biləcəyik. Xatırladım ki, hələ bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu aeroportun əhəmiyyətindən danışmışdı. Ərdoğanın bu aeroportla bağlı mühüm fikirlər səsləndirməsi və açılışda iştirak etməsi isə həm siyasi, həm də hərbi məna daşıyır. Sabah Azərbaycana Ermənistan və ya digər bir ölkə tərəfindən təhdid yarandığı təqdirdə Türkiyə məhz bu aeroport vasitəsilə qısa zamanda özünü yetirəcək. Bunun hüquqi əsası isə Şuşa bəyannaməsidir. Qeyd edim ki, bəlkə də bu gün Füzulidə beynəlxalq statuslu hava limanının tikilməsi kimlərəsə adi görünür. Füzuli aeroportunun iqtisadi, eləcə də strateji hərbi əhəmiyyəti bir neçə ildən sonra daha dərindən anlaşılacaq. Aeroportun bizə verəcəyi faydaları görəndə bu infrastrukturun necə uzaqgörən və məqsədyönlü bir qərarla tikildiyini başa düşəcəyik. Və bütün bunları yaxın zamanlarda görəcəyik”.
Ü.Cəfərov aeroportun Füzulidə tikilməsinin də təsadüfi olmadığını deyib. Belə ki, yer seçimi məqsədyönlüdür: “Bu hava limanı digər ölkələrlə sərhəddə deyil. Aeroport elə bir yerdə tikilib ki, həm planlaşdırılan iqtisadi layihələr məhz bu yoldan keçir, həm də digər rayonlara yaxın məsafədə yerləşir. Bu baxımdan da Füzuli Hava Limanının əhəmiyyəti böyükdür. Qeyd edim ki, Zəngilanda, Laçında tikiləcək hava limanları da həm yükdaşımalarda, həm də digər fəaliyyətlərdə xüsusi əhəmiyyətə malik olacaq. Bu aeroportlar hər cəhətdən əlavə üstünlüklər verəcək, gəlirlər gətirəcək”.
Hərbi ekspert Şair Ramaldanov isə Füzuli Beynəlxalq Hava Limanının daha çox mülki status daşıdığını bildirib. Bununla belə, bu hava limanın?? həm də hərbi əhəmiyyəti var: “İstər müharibə dövründə, istərsə də hərbi təlimlər zamanı təminatın, silahların, şəxsi heyətin daşınmasında hava məkanından istifadə etmək daha rahatdır. Bu, həm zaman baxımından effektivdir, həm də daşınmanı asanlaşdırır, hərbi yüklərin daşınmasında üstünlüklər qazandırır”.
Ş.Ramaldanovun fikrincə, Füzuli aeroportu mülki və yük təyyarələri ilə yanaşı, hərbi təyinatlı təyyarələri də qəbul etmək imkanındadır. Bu, olduqca mühüm məsələdir: “Azərbaycanın Ermənistan kimi etibarsız bir qonşusu var. Bu mənada, sərhəd bölgələrinə yaxın aeroportların çoxluğu bizə hərbi üstünlük verir. Eləcə də, bu aeroportların sərhədə yaxınlığı və sayının çoxluğu PUA-ların, hərbi təyyarələrin hədəfə doğru getmə yolunu və zamanını azaldar. Bundan başqa, hava hücumundan müdafiə baxımından da onların əhəmiyyəti böyükdür”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

