Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlər davam etdiriləcək

Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlər davam etdiriləcək

09.11.2021 [10:58]

"Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkür edirəm".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Heydər Əliyev Mərkəzində keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırıb.

Z.Həsənov Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.

Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

Paylaş
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31