Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Səfər xatirinə səfər...Baş tutmayacaq

Səfər xatirinə səfər...Baş tutmayacaq

21.01.2022 [23:29]

Həmsədrlər regiona niyə gəlmək istəyirlər?

Nardar BAYRAMLI

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası öz aktuallığını itirib. Çünki 28 il ərzində Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atmadılar. Əksinə, həmsədrlərin müxtəlif bəyanatlarında işğalçı Ermənistanın maraqlarına uyğun fikirlər yer alıb ki, bu da Azərbaycan cəmiyyətinin etirazına səbəb olurdu. Məhz həmsədrlərin uğursuz vasitəçiliyi səbəbindən münaqişənin danışıqlar yolu ilə həlli baş tutmadı və Azərbaycan  problemi öz gücünə həll etdi.

Amma Dağlıq Qarabağ münaqişəsi başa çatsa da, Ermənistan və müəyyən beynəlxalq  dairələr ATƏT-in Minsk qrupunu gündəmdə saxlamağa çalışır, guya bundan sonrakı proseslərdə bu təşkilatın rol oynamasının vacibliyini iddia edirlər. Eyni zamanda, həmsədrlər regiona səfər etməyə cəhd göstərirlər. 44 günlük müharibə başa çatdıqdan sonra onlar regionda bir dəfə səfərdə olublar. Bu səfər zamanı Azərbaycan tərəfi həmsədrlərə öz mövqeyini ifadə edib. Bununla belə, son vaxtlar həmsədrlərin regiona növbəti səfərə hazırlaşması barədə məlumatlar yayılır. Yanvarın 20-də isə fransalı həmsədr Bris Rokfeyl Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonun və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olub.

Digər tərəfdan, Ermənistan hakimiyyəti Minsk qrupunun həmsədrlərinin regiona səfərinin reallaşması  üçün canfəşanlıq edir. Bəs bu canfəşanlığın səbəbi nədir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev   bildirib ki, Azərbaycan dövləti və xalqı Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən heç vaxt razı qalmayıb. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir və  3 həmsədr ölkə dünyanın ən böyük dövlətləri sırasında yer alır: “Lakin 30 ilə yaxın müddətdə həmsədr dövlətlər Ermənistanın Azərbaycan torpaqlarını işğalına son qoyulması üçün heç bir addım atmadılar. Buna görə də Azərbaycan özü 44 günlük müharibə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Bu gün biz görürük ki, Ermənistan və ona havadarlıq edənlər Minsk qrupunun hansısa “səylərindən” danışırlar. Məsələn, bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan ATƏT-in Minsk ?rupu həmsədrlərinin regiona səfərini səbirsizliklə gözləyir, çünki onlar bu qurumu özləri üçün  “mühüm” platforma hesab edirlər. Əlbəttə ki, həmsədrlərin fəaliyyəti erməniləri qane edir. Ona görə ki, Qarabağ münaqişəsinin həllində həmsədrlər nəticəyə nail olmadılar. Erməni tərəfinə də elə bu, yəni nəticəsizlik  lazımdır. Rəsmi İrəvan “Qarabağ münaqişəsi həll olunmayıb” deməklə və həmsədrləri buraya  cəlb etməklə yenə də sonu görünməyən  prosesin davam etməsini istəyir. Amma rəsmi Bakı ermənilərin bu niyyətinin reallaşmasına imkan verməyəcək. Dünya məhz qalib Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Doğrudur, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmsədrlərin müəyyən mərhələdə prosesdə iştirak edə biləcəyini deyib. Amma bu iştirak Azərbaycanın irəli sürdüyü şərtlər əsasında gerçəkləşə bilər. Əslində, biz görürük ki, Avropa İttifaqı regionumuzda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün daha fəallıq göstərir. Bu səbəbdən də, ATƏT-in Minsk qrupundan daha çox Avropa İttifaqı ilə əməkdaşlığa önəm veririk”.

Politoloqun sözlərinə görə, Prezident  İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyini ifadə edib:”Dövlətimizin başçısı deyib ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Onlar bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki biz buna imkan verməyəcəyik. Həmsədrlər bundan sonra nə ilə məşğul olmalarını fikirləşməli, özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Əslində, bir müddət öncə Prezident İlham Əliyev həmsədrlərə yeni təkliflərlə çıxış etməyi tövsiyə etmişdi. Yeni təkliflər isə tərəflər arasında etimadın yaradılması, kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına çalışmaqdan ibarət olmalıdır. Amma onlar hələ də heç bir təşəbbüslə çıxış etməyiblər. Azərbaycan dövləti heç vaxt razı olmayacaq ki, həmsədrlər əvvəlki formada öz fəaliyyətlərini qursunlar. Yəni münaqişə həll olunduğu üçün həmsədrlər bununla bağlı spekulyasiya edə bilməzlər. Ona görə də, Azərbaycan həmsədrlərin regiona səfər xatirinə səfər etmələrini heç vaxt qəbul etməyəcək”.

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30