Avropa Rusiyaya qarşı “Diplomatik müharibə”yə start verib
06.04.2022 [10:10]
Məlik Məmmədov
Avropa İttifaqı (Aİ) Moskvaya qarşı əlavə sanksiyaları, o cümlədən neft, kömür və qaz tədarükünə embarqonu nəzərdən keçirir. Bu səpkidə Rusiyanın Avropa ölkələri ilə münasibətlərində diplomatik gərginlik artır. Belə demək mümkündürsə, “qoca qitə” Moskvaya qarşı “diplomatik müharibə”yə başlayıb.
İlk vaxtlar ölkələr bir neçə diplomatın qovulması ilə kifayətlənirdilər. Amma son hadisələrin fonunda vəziyyət daha da gərginləşib, mürəkkəb xarakter alıb. Xronologiyaya nəzər salaq:
- Rus diplomatlarını ölkədən çıxaran ilk Avropa ölkələrindən biri Bolqarıstan olub. Martın 2-də bu ölkənin Xarici İşlər Nazirliyi iki rus diplomatını casusluqda ittiham edərək persona non-qrata elan edib. Martın 18-də daha 10 diplomat persona non-qrata elan olunub;
- Martın 4-də Monteneqro XİN-i bir Rusiya diplomatının ölkədən çıxarıldığını elan edib;
- 10 gün sonra Slovakiya XİN-i üç rus diplomatı ölkədən çıxardığını açıqlayıb;
- Martın 18-də isə Latviya, Litva və Estoniya ümumilikdə Rusiya diplomatik missiyasının 10 nümayəndəsini ölkədən çıxarıb. Həmin gün Avropa Parlamenti Rusiya və Belarus diplomatlarının, rəsmilərinin Brüssel və Strasburqdakı binalarına girişini qadağan edib;
- Martın 23-də Polşa XİN-i 45 rusiyalı diplomatdan casusluqda şübhəli bilindikləri üçün ölkəni tərk etməyi tələb edib;
- Martın 28-də məlum olub ki, Şimali Makedoniyada beş rus diplomatı persona non-qrata elan edilib;
- 1 gün sonra Niderland 17 rus diplomatını ölkədən çıxardıqlarını açıqlayıb;
- Belçika isə 21 Rusiya diplomatının ölkəni tərk etməli olduğunu bəyan edib;
- Çexiya XİN-i də Rusiyanın Praqadakı səfirliyinə bir diplomatın persona non-qrata elan edilməsi barədə məlumat verib;
- İrlandiya da dörd rus diplomatı ölkədən çıxardığını diqqətə çatdırıb;
- Aprelin 4-də Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri 40 rus diplomatını persona non-qrata elan edib;
- Həmin gün Fransa da 30-a yaxın rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Parisin fikrincə, onların hərəkətləri ölkənin təhlükəsizlik maraqlarına ziddir. Fransa mediası öz növbəsində 35 diplomat haqqında məlumat yayıb;
- Aprelin 5-də məlum olub ki, Danimarka XİN-i 15 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib;
- Həmin gün İtaliyadan da 30 diplomatın çıxarılması haqqında qərar qəbul edildiyi bəyan olunub;
-İsveç hökuməti də üç rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib;
- Vyana da belə bir addımı istisna etmir.
Diplomatların çıxarılması bu ölkələrlə Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi demək deyil. Bu, həmin dövlətlərin konkret ölkədə öz vətəndaşlarına dəstəyinə müəyyən təsir göstərir, viza almaq imkanlarını azaldır və tərəflərin təmaslarını qismən çətinləşdirir.
Ekspertlər qeyd edirlər ki, hazırkı “diplomatik müharibə” geniş miqyas almağa başlayır. Hətta II Dünya müharibəsindən əvvəl və ya “soyuq müharibə” dövründə belə vəziyyət yaranmayıb.
Rusiya isə öz növbəsində Avropanın bu addımlarına cavab verməyə başlayıb. Diplomatların qarşılıqlı qovulması Moskva ilə digər Qərb ölkələri arasında gərginliyin daha da artmasından xəbər verir. Nümayəndəliklərin şəxsi heyətinin ixtisarı isə silahlı münaqişələrin qarşısının alınması üçün diplomatik imkanları məhdudlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

