Dünyanın humanist və qərəzli standartları
14.04.2022 [10:03]
Ölüm silahı, yoxsa qoruyucu mələk?
Taleh Ağaverdiyev
Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Azərbaycan Prezidenti çıxışında dünyada mövcud olan şəraitdə xüsusilə aktual olan mühüm bir məsələyə - ölkəmizə qərəzli münasibət və ikili standartlar məsələsinə toxundu. Beləliklə, bu ilin birinci rübünün müsbət nəticələrini sadalayan Prezident İlham Əliyev qeyd etdi ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq: “Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik”.
Dövlət başçısının sözlərinə görə, adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, (Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç ?? Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı - Prezident)- donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra.
Qeyd edək ki, Ermənistanın təcavüzkar və işğalçı ölkə olmasına baxmayaraq, uzun illər Qərb dövlətləri ona yüz milyonlarla dollar maliyyə yardımı ayırmış, və onun böyük hissəsi erməni məmurları tərəfindən mənimsənilmişdi. 2022-ci ilə qədər ABŞ Qarabağ separatçılarına maliyyə ayırıb. Və yalnız son vaxtlar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində bu vəziyyət dəyişməyə başlayıb.
Prezident İlham Əliyev vurğuladı ki, hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər: “Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur”.
Dövlət başçısı dedi ki, biz bunu bu gün Rusiya-Ukrayna müharibəsində də görürük: “Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur”.
Doğrudan da, bir çox Qərb ölkələrinin Azərbaycanın PUA-lardan istifadə etməsi ilə bağlı neqativ fikirlər söylədiyini, Türkiyəni pislədiyini, “Bayraktar”-ların istehsalı üçün lazım olan hissələrin tədarükünü dayandırdığını hamımız xatırlayırıq. Bu gün isə onların mövqeyi kəskin şəkildə dəyişib.
Amma Qərbin ikili standartları bununla bitmir. İşğal illəri boyu biz Aİ rəsmilərindən eşitmişik ki, “Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur”. Müharibə bitdikdən sonra da Avropanın müxtəlif deputatları bizim qələbəmizi tanımırdılar ki, guya münaqişə güc yolu ilə həll olunub və yalnız danışıqlar masası arxasında işlənmiş qərarlar tanınacaq. Bu gün isə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyir ki, Ukraynadakı müharibə “döyüş meydanında udulmalıdır”. Yəni, Ukrayna öz torpaqlarına olan hüquqlarını ancaq hərbi yolla bərpa edə bilər və Avropa yardımlarını genişləndirərək onu hər cür dəstəkləyəcək. Belə çıxır ki, bütün bu müddət ərzində onlar Azərbaycanı ərazi bütövlüyünü bərpa etmək hüququndan məhrum etmək istəyiblər. Amma alınmadı.
Münaqişə başlayandan Qərb Rusiyaya qarşı sərt mövqe tutdu, ona qarşı indiyədək görünməmiş sanksiyalar tətbiq etdi. İşğalçı Ermənistana qarşı isə bütün işğal illərində heç bir sanksiya tətbiq edilməyib. Bu gün bütün dünya Buça faciəsindən danışır. Bu dəhşətli faciədir və ölkəmiz Ukrayna xalqının başına gətirilən kədəri dərk edir və acısını bölüşürük. Çünki 30 il əvvəl Xocalıda oxşar faciəni yaşamışıq və bu faciədə demək olar iki dəfə çox insan həlak olmuşdu. Yalnız bugünkü vəziyyətdən fərqli olaraq, sivil dünya o vaxt şablon başsağlığı verməklə və döyüşən tərəfləri danışıqlara qayıtmağa çağırmaqla məhdudlaşdı. Nə Ermənistana qarşı ünvanlı qınaq, nə BMT səviyyəsində müzakirələr olmayıb.
Prezident İlham Əliyev nitqində ikili standartların daha bir bariz nümunəsini misal çəkdi - bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər. Ermənilər dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir. Eyni zamanda, 1990-cı ildən 2005-ci ilə kimi qışın daha sərt keçdiyi, şaxtanın 30 dərəcəyə çatdığı Naxçıvan ermənilərin günahı ucbatından qazsız qalanda bir nəfər də olsun, heç bir ölkə, təşkilat fikir səsini qaldırmamışdı”.
Qaz kəmərlərində qəzalar adi texniki problemdir, bütün dünyada baş verir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, yaxud elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Nəzərə alsaq ki, ermənilər Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı nəzarətlərində olan hər şeyi dağıdıb, boruları, metalları talayıblar, ölkəmizin ərazisindən keçən qaz kəmərində problemlərin yarana biləcəyi tamamilə məntiqlidir. Bununla belə, güclü qar yağmasına baxmayaraq, hadisə yerinə göndərilən “Azəriqaz”ın əməkdaşları qəzanın fəsadlarının aradan qaldırılması üçün lazımi tədbirlər görüb və qısa müddətdə qazın verilişi bərpa olunub.
Qeyd edək ki, Xankəndiyə verilən qaz Azərbaycan qazı deyil, Ermənistandan verilir. I Qarabağ müharibəsi zamanı separatçılar Azərbaycan ərazisinin bir hissəsini işğal etdikdən sonra Ağdam şəhərindən Xankəndi şəhərinə gedən qaz kəmərini dağıdıb, özləri üçün qaz şəbəkəsini kəsiblər. Və Azərbaycan qaz təchizatını bərpa etməyə borclu deyildi. Amma ölkəmiz bunu etdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz sadəcə olaraq, xoş niyyət, humanizm göstərmişik. Necə olur ki, ermənilərin bir həftə qazsız qalması humanitar fəlakətdir, amma ermənilərin günahı ucbatından 15 il ərzində Naxçıvanda qazın olmaması yox? Bu, qərəz və ikili standartların təzahürü deyilsə, nədir?
Ölkəmizin üzləşdiyi bütün haqsızlıqlara baxmayaraq, bu gün biz haqlı mövqeyimizi inamla müdafiə etməkdə davam edirik, azad edilmiş əraziləri rekord müddətdə öz gücümüzlə bərpa edirik. Və bu ilin birinci rübünün iqtisadi göstəricilərini nəzərə alsaq, ölkəmiz bütün bədxahlara rəğmən sürətlə inkişaf edəcək, dünya miqyasında nüfuzunu artıracaqdır.
Xəbər lenti
Hamısına bax
Analitik
30 Noyabr 10:50

Xəbər lenti
30 Noyabr 10:45

Siyasət
30 Noyabr 10:45

Xəbər lenti
30 Noyabr 10:43

Xəbər lenti
30 Noyabr 10:43

Xəbər lenti
30 Noyabr 10:41

İqtisadiyyat
30 Noyabr 10:40

Sosial
30 Noyabr 10:34

Siyasət
30 Noyabr 10:31

Dünya
30 Noyabr 10:31

Siyasət
30 Noyabr 10:22

Xəbər lenti
30 Noyabr 10:22

Siyasət
30 Noyabr 10:11

Gündəm
30 Noyabr 10:00

Xəbər lenti
30 Noyabr 09:56

Xəbər lenti
30 Noyabr 09:53

Xəbər lenti
30 Noyabr 09:49

Xəbər lenti
29 Noyabr 20:56

Xəbər lenti
29 Noyabr 20:09

Xəbər lenti
29 Noyabr 19:03

Xəbər lenti
29 Noyabr 17:53

Xəbər lenti
29 Noyabr 16:54

Xəbər lenti
29 Noyabr 16:49

Xəbər lenti
29 Noyabr 16:29

Xəbər lenti
29 Noyabr 16:26

Xəbər lenti
29 Noyabr 16:08

Xəbər lenti
29 Noyabr 15:52

Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29
