Rəsmi İrəvan öhdəliklərini yerinə yetirməsə...
22.04.2022 [10:00]
İtirən yenə də Ermənistan olacaq
P.İSMAYILOV
Aprelin 6-da keçirilmiş Brüssel danışıqları regionda dayanıqlı sülhün yaradılması, Ermənistan ilə Azərbaycan arasındakı problemlərin həlli istiqamətində yeni bir mərhələ kimi dəyərləndirilir. Ötən iki ilə yaxın müddətdə 10 noyabr bəyənnaməsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan Ermənistan hakimiyyəti də çıxış yolunun olmadığının fərqindədir. Belə ki, Ermənistanın baş naziri Paşinyan bildirib ki, dəhlizlərin açılması və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı yekun razılıq əldə olunub. Real nəticələrlə bağlı müzakirələrin başlanması isə aprelin sonuna gözlənilir.
Amma Ermənistanın Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunan razılığa əməl edəcəyi hələ də şübhə altındadır. Brüssel danışıqlarından sonra Ermənistanın həm XİN rəhbərinin, həm də baş nazirinin Moskvaya reallaşan səfərləri bəzi nüansları yenidən üzə çıxarır. Rusiya ilə Ermənistan XİN rəhbərlərinin açıqlamaları isə rəsmi İrəvanın hələ də vaxt qazanmaq arzusunda olduğunu göstərir. Rusiyanın vasitəçiliyi məsələsini yenidən gündəmə gətirməklə vaxt qazanmaq istəyən Paşinyan hökuməti bir daha məkrli xislətini nümayiş etdirir. Prezident İlham Əliyev son müşavirədəki çıxışında da qeyd edib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman Azərbaycan da öhdəliklərindən azad olacaq. Belə olan halda, Azərbaycan hansı addımı atacaq?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli Brüssel danışıqlarının ardından Rusiyaya səfər edən və fərqli fikirlər söyləyən Ermənistanın baş naziri Nikol Paşinyanın davranışlarını qeyri-ciddilik, qeyri-səmimilik adlandırıb. Onun fikrincə, Paşinyan Rusiyanın qorxusundan dediklərini belə danır: “Məsələn, Rusiyaya səfər edənə qədər parlamentdəki çıxışına diqqət yetirmək olar. Paşinyan Azərbaycan üçün çox önəmli olan bir məsələni dilə gətirmişdi. Bildirmişdi ki, Qarabağ məsələsi Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir. Düşünürəm ki, proseslərin inkişafını diqqətdə saxlamaq lazımdır. Rusiya səfərindən sonra onun davranışlarını müəyyənləşdirmək çətindir. Əgər Ermənistan rəhbərliyi Putinin və ya Lavrovun müəyyənləşdirdiyi istiqamətdə hərəkət etsələr, indiyə qədər əldə edilmiş bütün uğurlar və nəticələr əhəmiyyətini itirə bilər. Ən əsası isə Avropa Birliyinin moderatorluğu ilə iki ölkə arasında nail olunan razılaşmalar yerinə yetirilməyə bilər. Bu çox riskli addımdır. Bu kimi davranış, eyni zamanda, həm də Paşinyanın bir şəxsiyyət, bir siyasətçi kimi sıradan çıxmasına gətirib çıxaracaq”.
Ermənistanın öhdəlikləri yerinə yetirmədiyi halda Azərbaycanın atacağı addımlara gəldikdə isə, bundan itirən rəsmi İrəvan olacaq. Q.Hüseynlinin fikrincə, onsuz da Azərbaycan öz işini görür. “Artıq Azərbaycan öhdəliklərindən azad kimidir. Separatçı dəstələrin qalıqları zərərsizləşdirilir, Qarabağdakı mövqelərimiz daha da gücləndirilir. Hətta Rusiya sülhməramlıları belə prosesə müdaxilə edə bilmirlər və aranı qatmırlar. Bizə də bu lazımdır. Yaxın bir neçə gün ərzində bir sıra məsələlərin həlli ilə bağlı yeniliklərin şahidi ola bilərik. Bütün bunlar isə bizim gələcək fəaliyyətimizin əsasını təşkil edəcək. Rusiyanın nə edəcəyi və hərəkətlərini necə əsaslandıracağını isə indidən söyləmək çox çətindir. Fikrimcə, Rusiyanın bölgədəki mövqeyi əvvəlki kimi olmayacaq”, - deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44
YAP xəbərləri
06 Noyabr 13:43
YAP xəbərləri
06 Noyabr 13:42
YAP xəbərləri
06 Noyabr 13:41
YAP xəbərləri
06 Noyabr 13:40
YAP xəbərləri
06 Noyabr 13:39

