Ermənistan Müdafiə Nazirliyi əmlakını satır
23.04.2022 [00:50]
Ordu darmadağın edilib, mülkə də ehtiyac yoxdur
Bu günlərdə Ermənistanın informasiya məkanında diqqəti cəlb edən maraqlı məlumatlar peyda olub. Belə ki, Ermənistan mətbuatında və sosial şəbəkələrdə ölkənin Müdafiə Nazirliyinin hərbi hissələri, kazarmaları satması barədə xəbərlər yayılıb. Söhbət həm də qurumun balansında olan 71 daşınmaz əmlakın guya “ordunun modernləşdirilməsi və təchizatı üçün” satışından gedir.
Bu paylaşımlara cavab olaraq Müdafiə Nazirliyi bəyan edib ki, “söhbət “Müdafiə Nazirliyinin əmlakının satışından” deyil, müdafiə idarəsinin balansında olan, lakin nazirlik tərəfindən istismar olunmayan ərazilərin, əmlakın və ya infrastrukturun dövlət tərəfindən səmərəli idarə olunmasından gedir”. Guya “sahələrin, əmlakın və ya infrastrukturun istismarı artıq məqsədəuyğun olmadıqda, onların effektiv idarə olunması onların Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin balansına verilməsini nəzərdə tutur. Əks təqdirdə, Müdafiə Nazirliyi daha vacib vəzifələrin həllinə yönəldilə bilən vəsaiti onların qorunub saxlanması üçün xərcləyir”.
“Daha vacib vəzifələrin həlli” deyərkən, yəqin erməni məmurları üçün bahalı xarici kurortlara səfərlər təşkil etmək nəzərdə tutulur. Ermənistan parlamentinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin Parlamentlərarası İttifaqın 144-cü sessiyasında iştirak bəhanəsi ilə Bali adasına bu yaxınlarda etdiyi səfər kimi. Erməni parlamentarilər o vaxt 36 min dollardan çox pul xərcləyiblər. Maraqlıdır ki, tədbirin rəsmi hissəsi martın 20-dən 23-dək davam edib, lakin Ermənistan mətbuatının məlumatına görə, onlardan bəziləri daha 8 gün, bəziləri isə bir həftə Balidə qalıb.
Amma məsələ bunda deyil. Müşahidələrimiz göstərir ki, Ermənistan MN-in məlumatları nadir hallarda həqiqətə uyğun gəlir. Yerli auditoriyanı sakitləşdirməyə yönəlmiş belə bir izahatın doğruluğu da böyük sual altındadır. Qurumun açıqlamasında da qeyd olunur ki, MN-in balansından çıxarılmalı olan əmlakın əsas siyahısı hələ 2000-ci illərin əvvəllərində formalaşsa da, proses praktiki olaraq həyata keçirilməyib. Bəs niyə məhz bu gün yada düşdü?
Hərbi hissələrin və digər hərbi əmlakın “istismarının məqsədəuyğunluğu”nun aradan qalxması ilə bağlı ən azı iki daha inandırıcı izahat var.
Birincisi, Qarabağda 44 günlük müharibədə məğlubiyyətdən və böyük canlı qüvvə itkisindən sonra bir çox kazarmalar sadəcə olaraq boşdur. Belə ki, Ermənistan ordusunun sıralarında hökm sürən qanunsuzluqlar hərbi xidmətdən yayınmaq istəyənlərin sayını nəinki azaltdı, hətta dəfələrlə artırdı. Xatırladaq ki, təkcə müharibə zamanı Ermənistan ordusunda fərarilərin sayı 10 mini ötmüşdü. İndi iqtisadi vəziyyətin hər gün pisləşdiyi bir şəraitdə ordu daha da acınacaqlı vəziyyətə düşüb və əhalinin ölkədən kütləvi axını fonunda ordunun sıralarını artırmaq üçün sadəcə olaraq, əsgər yoxdur. Ona görə də təyinatı üzrə istifadə olunmayan əmlakı satmaq zərurəti yaranıb.
İkincisi, bu, Paşinyanın Moskvaya sonuncu səfəri ilə bağlı ola bilər. Paşinyan və Putin arasında danışıqların yekunlarına dair birgə bəyanata görə, Rusiya Ermənistanla Azərbaycan arasında daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinə birmənalı dəstək ifadə edib və bu prosesin sürətləndirilməsinə çağırıb. Xatırladaq ki, 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Yəqin ki, Paşinyana Moskvada başa salıblar ki, bu bəndi yerinə yetirməyin vaxtıdır. Danışıqlardan bir neçə saat sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının ilk dəfə olaraq Qarabağdakı qanunsuz erməni birləşməsini tərk-silah edərək Çartar kəndi yaxınlığındakı artilleriya mövqeyini zərərsizləşdirməsi də buna sübut ola bilər. Odur ki, MN-in satılan əmlakı Ermənistanın Azərbaycan ərazilərindəki hərbi obyektləri olması ehtimalı doğru ola bilər.
M. MƏMMƏDOV
Xəbər lenti
Hamısına baxElm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27

