Sülh prosesi niyə ləngiyir?
19.05.2022 [09:51]
Məlik MƏMMƏDOV
Məlum olduğu kimi, bir həftə əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 16-17-də Moskvada Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyalarının iclasının keçirilməli olduğunu bildirmişdi. Lakin Mirzoyanın səsləndirdiyi məlumat Azərbaycan tərəfindən təkzib edilib, qeyd olunub ki, mayın 16-17-də Rusiya baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Moskvada yalnız kommunikasiya məsələləri ilə bağlı görüş keçirilməli idi.
Nəticədə, mayın 17-də Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan üçtərəfli işçi qrupunun görüşünün bu ay keçiriləcəyini, dəqiq tarix razılaşdırıldığını bildirdi.
Bəs Azərbaycanla Ermənistan arasında Brüsseldə əldə olunmuş razılaşmalara əsasən, aprelin sonuna qədər yaradılmalı olan dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə Birgə sərhəd komissiyası necə? İlk görüş nə vaxt olacaq? Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Milli Komissiyanın tərkibi müəyyən edilib. Amma Ermənistan yenə də danışıqlar prosesini uzatmağa çalışır.
Bu yaxınlarda Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı Ararat Mirzoyan İrəvanın üç ölkə lideri arasında bütün razılaşmaların və bəyanatların həyata keçirilməsinə sadiq olduğunu bəyan edib. Lakin reallıqda biz bunun əksini görürük: Ermənistan nəqliyyat kommunikasiyalarının açılması prosesini ləngidir, ikitərəfli delimitasiya komissiyasının tərkibini hələ təsdiq etməyib və Ermənistan tərəfinin Brüsseldə razılaşdığı Azərbaycanın sülh müqaviləsinin bağlanması üçün təklif etdiyi beş prinsipə cavab olaraq öz absurd altı bəndini irəli sürür. Təbii ki, hər şeyi Ermənistan rəhbərliyinin ikili siyasət apararaq, hakimiyyətdə qalmaq istəyi ilə əlaqələndirmək olar, xüsusən də Ermənistanda baş verən kütləvi etirazlar fonunda. Lakin erməni tərəfinin mövqeyinin az qala hər gün yelkən kimi dəyişməsində başqa bir səbəb də aydın izlənilir.
Bütün faktlar göstərir ki, Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli Brüssel danışıqları, xüsusən də ikitərəfli komissiya haqqında razılaşma Rusiyanı narazı salıb. Xatırladaq ki, Brüsseldəki danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov birmənalı olaraq xatırladıb ki, ötən ilin noyabrında Soçidə üç lider 2021-ci ilin sonunadək delimitasiya komissiyasının yaradılması üzrə işə başlamaq barədə razılığa gəliblər və üstüörtülü şəkildə Brüsseli prosesə müdaxilə etməməyə çağırıb. Lavrov delimitasiya komissiyasının Rusiya tərəfinin məşvərətçi iştirakı ilə ikitərəfli olacağını bildirib. Bir neçə gün sonra Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayevin işini yeni vəzifədə, yəni Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcəyi açıqlandı.
Bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya ikigünlük səfəri baş tutub və o, Vladimir Putinlə danışıqlar aparıb. Moskva görüşünün yekunlarına dair kommünikedə Brüssel razılaşmalarına istinad edilməyib. Bu da öz növbəsində rəsmi İrəvanın aprelin sonuna qədər ikitərəfli sərhəd komissiyası yaratmaq istəyinin səmimiliyinə müəyyən şübhələr yaradıb. Bu səfərdən sonra Ermənistan tərəfi yenidən Qarabağın statusu ilə bağlı və sair bu kimi absurd bəyanatlar səsləndirməyə başladı ki, bu da onun Azərbaycanla münasibətləri tezliklə normallaşdırmaq “istəkləri” ilə kəskin şəkildə ziddiyyət təşkil edir.
Putinin Paşinyanla danışıqlarının ertəsi günü Rusiya XİN-i Zaxarovanın timsalında “Brüsselin Rusiya-Azərbaycan-Ermənistan arasında ən yüksək səviyyədə məlum razılaşmaların predmetini mənimsəmək üçün həyasız cəhdlərini” qeyd edib. Bəyanatda, həmçinin qeyd olunub ki, Azərbaycan və Ermənistanı Rusiya ilə tarixi dostluq, müttəfiqlik və tərəfdaşlıq əlaqələri birləşdirir, Rusiya isə öz növbəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəkləməkdə “qətiyyətlidir”. Başqa sözlə, Rusiya XİN-i Qərbə açıq şəkildə bildirdi ki, Moskva Brüsseldə razılaşdırıldığı kimi Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda (yəni Rusiyanın iştirakı olmadan) sərhəd komissiyasının yaradılması cəhdlərini rədd edir.
Beləliklə, biz görürük ki, Moskva Aİ və ABŞ-ın Rusiyanın birbaşa iştirakı olmadan Bakı ilə İrəvan arasında sülh prosesinin təşviqində fəallığına öz qəzəbini gizlətmir. Cənubi Qafqaz strateji əhəmiyyət kəsb edir və ona görə də Rusiya regionda öz təsirini saxlamaq üçün əlindən gələni edir. Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində təşəbbüsü itirmək istəməməsi də bununla bağlıdır. Azərbaycan və Ermənistan arasında sülh prosesinin təşviqində Rusiya, ABŞ və Aİ-nin belə fəal iştirakı təqdirəlayiqdır. Amma istəməzdik ki, Moskva, Brüssel və Vaşinqton arasında Cənubi Qafqazda uzunmüddətli sülhün imzalanmasına ən böyük töhfə vermək uğrunda mübarizə üçüncü Qarabağ müharibəsi ilə bitsin...
Dövlət kimi formalaşa bilməyən zəif Ermənistan həm Rusiyanı, həm də Qərbi razı salmağa çalışır. Ararat Mirzoyan son bir ay ərzində Moskva ilə ABŞ arasında səyahət etmək, rusiyalı həmkarları və Qərb tərəfdaşları ilə müntəzəm telefon danışıqları aparmaq məcburiyyətində qalıb. Görünən odur ki, Ermənistan rəsmilərinin bir gün sülh danışıqlarına sadiq olduqları barədə bəyanatlar verməsi, o biri gün isə məhz bu danışıqlara xələl gətirən təxribat xarakterli bəyanatlar verməsi də elə bundan irəli gəlir. Düşənbədəki görüşdən sonra Ermənistanın təxribat xarakterli altı “prinsip”inin məzmunu məlum olub. Mayın 17-18-də isə Mirzoyan Brüsselə işgüzar səfərə gedib. Çox güman ki, Ermənistan əldə olunmuş razılaşmalardan kənara çıxdığına görə orada ona qeyri-rəsmi narazılıq bildiriləcək və tezliklə qonşu ölkənin mövqeyində növbəti dəyişikliyin şahidi olacağıq.
Amma Ermənistandan fərqli olaraq, Azərbaycan güclü, müstəqil dövlətdir, onun üçün milli maraqlar hər şeydən üstündür. Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Brüsseldə aparılan danışıqların yekunlarını şərh edərkən qeyd edib ki, iki ölkə arasında münasibətləri məhz bu dövlətlər həll etməlidir.
Azərbaycan ancaq regionda sabit sülhün bərqərar olmasında, işğaldan azad edilmiş ərazilərin tezliklə bərpasında və inkişafında maraqlıdır və heç kimin bu planlara müdaxiləsinə imkan verməyəcək. Ermənistan artıq anlamalıdır ki, zaman həmişə Azərbaycan üçün işləyib və işləyir. Sülh müqaviləsinin imzalanmasının və sərhədlərin müəyyənləşdirilməsi prosesinin ləngiməsi isə yalnız erməni xalqının maraqlarına xələl gətirir.
Xəbər lenti
Hamısına bax
Dünya
24 İyun 21:45

Xəbər lenti
24 İyun 21:44

Gündəm
24 İyun 19:26

Xəbər lenti
24 İyun 19:20

Xəbər lenti
24 İyun 19:14

Xəbər lenti
24 İyun 19:12

Xəbər lenti
24 İyun 19:10

Xəbər lenti
24 İyun 18:00

Xəbər lenti
24 İyun 17:48

Xəbər lenti
24 İyun 16:57

Xəbər lenti
24 İyun 16:40

Siyasət
24 İyun 16:36

Xəbər lenti
24 İyun 15:46

YAP xəbərləri
24 İyun 15:45

Xəbər lenti
24 İyun 15:11

Xəbər lenti
24 İyun 15:09

Xəbər lenti
24 İyun 14:30

Xəbər lenti
24 İyun 14:18

Xəbər lenti
24 İyun 14:04

Xəbər lenti
24 İyun 14:03

Xəbər lenti
24 İyun 13:56

Xəbər lenti
24 İyun 13:55

Xəbər lenti
24 İyun 13:48

Xəbər lenti
24 İyun 13:44

Siyasət
24 İyun 13:39

Xəbər lenti
24 İyun 13:31

Xəbər lenti
24 İyun 13:26

Xəbər lenti
24 İyun 12:46

Xəbər lenti
24 İyun 12:41

Xəbər lenti
24 İyun 12:19

Xəbər lenti
24 İyun 12:17

Xəbər lenti
24 İyun 12:05

Xəbər lenti
24 İyun 12:00

Xəbər lenti
24 İyun 11:31

Xəbər lenti
24 İyun 11:27

İqtisadiyyat
24 İyun 11:25

Xəbər lenti
24 İyun 11:04

Xəbər lenti
24 İyun 11:01

Turizm
24 İyun 10:46

Mədəniyyət
24 İyun 10:44

Mədəniyyət
24 İyun 10:38

Siyasət
24 İyun 10:36

Xəbər lenti
24 İyun 10:35

Xəbər lenti
24 İyun 10:32

Analitik
24 İyun 10:30

Xarici siyasət
24 İyun 10:28

İqtisadiyyat
24 İyun 10:20

Siyasət
24 İyun 10:17

MEDİA
24 İyun 10:13

Siyasət
24 İyun 10:11

İqtisadiyyat
24 İyun 10:07

İqtisadiyyat
24 İyun 10:04

Prezident bu gün
24 İyun 10:00

Gündəm
24 İyun 09:53

Xəbər lenti
24 İyun 09:02

Dünya
23 İyun 23:47

Xəbər lenti
23 İyun 22:01

Gündəm
23 İyun 21:12

Xəbər lenti
23 İyun 21:07

Xəbər lenti
23 İyun 20:09

Xəbər lenti
23 İyun 19:04

Dünya
23 İyun 17:43

YAP xəbərləri
23 İyun 17:25

Xəbər lenti
23 İyun 17:11

Xəbər lenti
23 İyun 16:41

Xəbər lenti
23 İyun 16:06

Xəbər lenti
23 İyun 15:35

Siyasət
23 İyun 15:26

Xəbər lenti
23 İyun 15:19

Xəbər lenti
23 İyun 15:15
