UNESCO-ya üzvlüyün 30-cu ildönümü...
04.06.2022 [10:18]
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Nardar BAYRAMLI
Azərbaycanın BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) üzvlüyünün 30-cu ildönümü tamam olub. Bu münasibətlə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, iyunun 3-ü tarixində Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 ili tamam olur. Ötən üç onillik ərzində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib və ölkəmiz, iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrilib. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası yaradılıb və növbəti illərdə bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq daha da inkişaf etdirilib. UNESCO-nun məqsəd və prinsiplərinə sadiq qalaraq, təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini davam etdirən Azərbaycan bu gün UNESCO-nun ən fəal üzvlərindən biridir.
Bəyanatda qeyd olunur ki, ölkəmizin təşkilatla əməkdaşlığının inkişafında, təşkilatın ideya və məqsədlərinin beynəlxalq səviyyədə və ölkə daxilində təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Məhz Birinci vitse-prezidentin diqqət və dəstəyi ilə təhsil, mədəni irsin qorunması, Azərbaycanda və dünyada tarixi abidələrin bərpa və mühafizə olunması, mədəniyyətlərarası dialoq və digər sahələrdə Azərbaycan tərəfindən UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfələr verilib. Bu illər ərzində Azərbaycanın 3 maddi irs və 15 qeyri-maddi irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2021-ci ilin noyabr ayında UNESCO Baş konfransının 41-ci sessiyası zamanı keçirilən seçkilərdə üzvlərin böyük əksəriyyətinin dəstəyini qazanmaqla 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilib. Azərbaycanın 3 şəhəri - Bakı, Gəncə və Qəbələ UNESCO-nun Öyrənən Şəhərlər Şəbəkəsində, Bakı, Şəki və Lənkəran şəhərləri isə təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsində yer almaqdadır.
“Davamlı və dinamik iqtisadi inkişaf yolu keçən Azərbaycan dünyanın müxtəlif yerlərində UNESCO-nun nəcib missiyasını dəstəkləyir, UNESCO dəyərlərinin, eləcə də mədəniyyətlərarası dialoq və sülhün təşviqi ideyasının həyata keçirilməsi istiqamətində təşkilatla sıx əməkdaşlıq edir və donor dövlət kimi bir sıra birgə layihələr həyata keçirir. Ölkəmiz 2013-cü ildə UNESCO ilə imzalanmış Çərçivə Sazişinə uyğun olaraq təsis edilmiş Etimad Fondu vasitəsilə Təşkilatın fəaliyyət istiqamətləri üzrə proqram və layihələrə öz dəstəyini göstərir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan COVID-19 pandemiyasının təsirlərinin aradan qaldırılması məqsədilə UNESCO-nun təşəbbüsü ilə təsis edilən Qlobal Təhsil Koalisiyasına qoşulan və maliyyə töhfəsi verən ilk ölkələrdən biri olub. Azərbaycan UNESCO ilə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyası çərçivəsində fəal əməkdaşlıq edir. 2015-2019-cu illərdə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin üzvü olmuş Azərbaycan, 2021-ci ildən yenidən həmin Komitənin üzvləri arasındadır”,- deyə bəyanatda vurğulanır. Eləcə də, bildirilir ki, Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində öz təcrübəsi və iştirakı ilə həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Ölkəmiz bundan sonra da UNESCO-nun dəyərlərinə sadiq qalmaqla təşkilatın fəaliyyət istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirəcək.
Onu da qeyd edək ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi müharibə cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumatlandırılıb. Rəsmi Bakı bu illər ərzində təşkilata dəfələrlə həmin ərazilərdə ermənilər tərəfindən dağıdılmış tarixi, mədəni və dini irsimizin monitorinqini aparmaq üçün missiya göndərilməsi üçün müraciət edib. Amma erməni tərəfi buna hər dəfə əngəl törədib. Ermənistanın bu addımını təəssüf ki, UNESCO heç zaman pisləməyib və öz mövqeyini “siyasi məsələlərə” qarışmaq istəməməsi ilə əsaslandırıb. Lakin Azərbaycan 44 günlük Vətən müharibə????? ?????? qazandıqdan sonra “fəallaşan” UNESCO bölgəyə missiya göndərmək niyyətini bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev də təşkilatın bu mövqeyini tənqid edib. Dövlətimizin başçısı “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu barədə bildirib: “Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də”.
Beləliklə, ölkəmizin əraziləri işğaldan azad edildikdən sonra bütün ölkə boyu olduğu kimi, bu ərazilərdəki abidələrin mənşəyindən asılı olmayaraq, bərpası və mühafizəsi Azərbaycan hökuməti üçün prioritet təşkil edən məsələlər sırasında yer alıb. Azərbaycan multikultural ölkədir, ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur və bütün dinlərin nümayəndələrinə və mədəniyyətinə hörmətlə yanaşılır.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyul 20:47

Dünya
02 İyul 20:10

Xəbər lenti
02 İyul 18:53

Xəbər lenti
02 İyul 18:50

Xəbər lenti
02 İyul 17:34

Xəbər lenti
02 İyul 16:33

Xəbər lenti
02 İyul 15:18

Xəbər lenti
02 İyul 14:04

Sosial
02 İyul 13:00

Ədəbiyyat
02 İyul 12:32
.jpg&width=120)
İdman
02 İyul 12:16

Xəbər lenti
02 İyul 12:14

Xəbər lenti
02 İyul 12:12

Sosial
02 İyul 12:09

Xarici siyasət
02 İyul 12:04

Sosial
02 İyul 11:37

MEDİA
02 İyul 11:33

Xəbər lenti
02 İyul 11:19

Xarici siyasət
02 İyul 11:11

Sosial
02 İyul 11:07

Analitik
02 İyul 10:59

İqtisadiyyat
02 İyul 10:48

Xəbər lenti
02 İyul 10:22

Xarici siyasət
02 İyul 10:21

İqtisadiyyat
02 İyul 10:15

Siyasət
02 İyul 10:03

Gündəm
02 İyul 09:30

Xəbər lenti
01 İyul 21:08

Xəbər lenti
01 İyul 18:46

Xəbər lenti
01 İyul 18:43

Xəbər lenti
01 İyul 17:44

Xəbər lenti
01 İyul 17:27

Xəbər lenti
01 İyul 16:33

İdman
01 İyul 16:19

MEDİA
01 İyul 16:02

Xəbər lenti
01 İyul 15:59

Xəbər lenti
01 İyul 15:25

Xəbər lenti
01 İyul 15:17

Xəbər lenti
01 İyul 14:54

Xəbər lenti
01 İyul 14:25

Xəbər lenti
01 İyul 14:19

Xəbər lenti
01 İyul 14:12

Xəbər lenti
01 İyul 14:08

Xəbər lenti
01 İyul 13:49

Xəbər lenti
01 İyul 13:32

Xəbər lenti
01 İyul 12:53

Xəbər lenti
01 İyul 12:25

Xəbər lenti
01 İyul 12:23

Xəbər lenti
01 İyul 11:55

Xəbər lenti
01 İyul 11:40

Xəbər lenti
01 İyul 11:30

Xəbər lenti
01 İyul 11:15

Xəbər lenti
01 İyul 11:13

Xəbər lenti
01 İyul 10:48

Ədəbiyyat
01 İyul 10:44

Xəbər lenti
01 İyul 10:39

Müsahibə
01 İyul 10:37

Xarici siyasət
01 İyul 10:32

İqtisadiyyat
01 İyul 10:30

Xarici siyasət
01 İyul 10:28

İqtisadiyyat
01 İyul 10:22

Siyasət
01 İyul 10:20

İqtisadiyyat
01 İyul 10:17

MEDİA
01 İyul 10:13

İqtisadiyyat
01 İyul 10:04

Siyasət
01 İyul 09:58

Prezident bu gün
01 İyul 09:55

Gündəm
01 İyul 09:53

Siyasət
01 İyul 09:46

Xəbər lenti
30 İyun 23:13
