Dördüncü çağırış Milli Məclisin növbəti iclası keçirilib
08.12.2010 [10:05]
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar, ölkəmizin demokratik inkişafı parlament seçkilərinin də azad və ədalətli keçirilməsinə münbit şərait yaradıb.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz qanunvericilik fəaliyyətində ölkəmizin demokratik inkişafına əsaslı töhfələr verəcək.
O.Əsədov deputatlar adından parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə görə MSK rəhbərliyinə və üzvlərinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq 2010-cu ilin parlament seçkilərində heç bir seçki dairəsində nəticələr ləğv edilməyib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda seçki təcrübəsi çox yüksək səviyyədədir.
Deputat vəsiqələrinin ilk dəfə olaraq 2005-ci ildə Milli Məclisdə deputatlara təqdim olunduğunu xatırladan O.Əsədov bu ənənənin davam etdirildiyini bildirib.
İclasda çıxış edən MSK-nın sədri Məzahir Pənahov dördüncü çağırış Milli Məclisin ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O deyib ki, demokratik prinsiplər əsasında şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün ən əsas məqamlardan biri dövlətimizin başçısının siyasi iradəsidir. Bütün dünyada artıq özünə vətəndaşlıq qazanmış bu amil seçkilərin keçirilməsində mühüm rol oynayır. İstənilən ölkədə demokratik seçkilərin keçirilməsi üçün orada ölkə rəhbərliyinin siyasi iradəsi olmalıdır. MSK sədri ardıcıl olaraq nümayiş etdirdiyi siyasi iradəyə görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Parlamentin işinə uğurlar arzulayan Məzahir Pənahov əmin olduğunu bildirib ki, dördüncü çağırış Milli Məclis də Azərbaycan xalqına layiqincə xidmət edəcək.
M.Pənahov Milli Məclisin sədri Oqtay Əsədova, sədrin birinci müavini Ziyafət Əsgərova, müavinlər Bahar Muradovaya, Valeh Ələsgərova və seçki dairələrinin ardıcıllığı ilə deputatlara deputat vəsiqələrini təqdim edib.
Sonra gündəlikdəki məsələlərə baxılıb.
Əvvəlcə, Milli Məclisin intizam komissiyası təşkil olunub. Sonra Milli Məclisin komitələrinin sədr müavinləri və komitələrin üzvləri seçiliblər.
Bununla yanaşı İntizam Komissiyasının sədrinin seçilməsi məsələsinə baxılıb. Millət vəkili Siyavuş Novruzov komissiyanın sədri seçilib. Millət vəkilləri Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Sədaqət Vəliyeva isə komissiyanın üzvü seçiliblər.
Bununla da, Milli Məclisin iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

