Vətəndaşlıq üçün müraciət edən ermənilər...
10.08.2022 [10:13]
Bu müraciətlər nə dərəcədə səmimidir?
44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı Ermənistan ilə Azərbaycan arasındakı böyük fərqləri də ortaya çıxardı. Azərbaycan Prezidenti hər zaman bəyan edir ki, bizim siyasətimizin mərkəzində vətəndaş və onun maraqları dayanır.
Ermənistanda isə illərdir davam edən və bir-birini əvəzləyən hakimiyyətlər vətəndaş mənafeyini nəinki qorumayıb, hətta vətəndaşları tam istismar edib. Bu ölkədə bütün resurslar məhdud bir çərçivədə hakimiyyətə yiyələnən qrupun əlində toplanıb. Artıq Ermənistan hakimiyyətinin yalanları ifşa olunur. Bu gün Azərbaycanın işğaldan azad edilmiş regionlarda apardığı quruculuq işləri, vətəndaşların rahatlığının təmini istiqamətində atdığı addımlar Ermənistanda da böyük heyranlıqla izlənilir.
Bunun nəticəsidir ki, son bir neçə gündə ard-arda Ermənistan vətəndaşları Azərbaycan Prezidentinə müraciət edərək onlara Azərbaycan vətəndaşlığı verilməsini xahiş edirlər. Məsələn, erməni bloger, İstanbulda ailəsi ilə müvəqqəti yaşayan İşxan Verdyan ona Azərbaycan vətəndaşlığının verilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. Bununla yanaşı, o, Xankəndində yaşamaq niyyətində olduğunu vurğulayıb. Müraciət onun Qarabağı həmişə Azərbaycan torpağı hesab etməsi və bunu beynəlxalq hüquqla əsaslandırması ilə başlayır. “Bu nöqteyi-nəzərimi ermənilərdən heç kim bir dəfə də təkzib etməyib, mənimlə bu mövzuda debata heç kim çıxmayıb, heç kim mənim səhvimi qanuni, hüquqi cəhətdən əsaslandıra bilməyib. Mən, sadəcə, düşünürdüm ki, bir halda ki, Ermənistan sivilizasiya kursunu götürüb, o, artıq beynəlxalq hüquqa - daxil olmağa hazırlaşdığı birliyin hüququna hörmət etməyə başlamalıdır... Mən həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalıb yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdırlar. Onlara göstərmək istəyirəm ki, orada ermənilər kimi tamamilə təhlükəsiz yaşamaq olar. Hətta yaşamaq gözəldir”, - Verdyan qeyd edib.
“Hörmətli, cənab Prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndində yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm”, - Verdyan bildirib.
Verdyanla yanaşı Ermənistan vətəndaşı Vaqe Qambaryan da eyni xahişlə Azərbaycan Prezidentinə videomüraciət ünvanlayıb. O, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu ifadə edib. Qambaryan, həmçinin Xankəndində yaşamaq niyyətini də dilə gətirib. Qambaryan Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib. Bəs, hər zaman “erməni səmimiliyinin” qurbanına çevrilmiş Azərbaycan xalqı bu kimi müraciətləri necə dəyərləndirir?
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, Azərbaycan hər zaman sülhpərvər mövqeyi ilə seçilib. Hətta 1990-cı illərin əvvəlinə qədər ermənilər rahat şəkildə Azərbaycan torpaqlarında yaşayırdılar. Sonradan Ermənistanda yaşayan azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya edilməsi, etnik təmizləmə siyasətinə məruz qalması, torpaq iddialarını səsləndirmələri ermənilərin əsl simasını bir daha üzə çıxardı: “Ermənistan rəhbərliyinin öz ölkələrində 30 ilə yaxın apardıqları yalan təbliğat Vətən müharibəsindən sonra tam ifşa oldu. Birinci növbədə Ermənistanın güclü, qüdrətli, dayanıqlı iqtisadiyyata malik ölkə olması ilə bağlı yalanlar ortaya çıxdı. Məlum oldu ki, ötən 30 ildə bu dövlət bir addım belə inkişaf etməyib. Digər tərəfdən, onların öz cəmiyyətləri daxilində Azərbaycanla bağlı yaratmağa çalışdıqları yalan mifi darmadağın oldu. Azərbaycan dövləti müharibədə də özünü təmkinli apardı və dinc əhaliyə qarşı hər hansı bir zorakılığı ilə yadda qalmadı. Post-müharibə dövründə isə Azərbaycan dövləti cəmisi 2 ilə yaxın bir müddətdə işğaldan azad edilmiş regionlarda fenomenal işlər gördü. Bütün görülən işlər isə vətəndaşların sosial rifahının təmininə yönəlib. Ermənilər bütün bunları görür və öz acınacaqlı vəziyyətləri ilə müqayisə etdikdə həqiqəti anlamış olurlar. Digər tərəfdən, bu gün məğlub Ermənistanda baş alıb gedən qanunsuzluq, cinayətkarlıq, iqtisadi böhranlar, çətinliklər onları cana gətirib. Bunun üçün də ermənilər Azərbaycana bu kimi müraciətlər ünvanlayırlar”.
Millət vəkili bildirib ki, bu şəxslərin müraciətlərinin səmimiliyi şübhəlidir. Hər zaman Azərbaycana qarşı xəyanətkar mövqedə olan ermənilərin birdən-birə bu cür davranış nümayiş etdirməsinə etibar etmək olmaz. “Təbii ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün öz sülhpərvər mövqeyini qoruyur. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, bizim ərazimizdə, yəni Azərbaycanın Qarabağ bölgəsində 1988-ci ilə qədər yaşayan ermənilər və onların sonradan törəmələri Azərbaycan qanunlarına tabe olmaq, vətəndaşlığı qəbul etmək şərtilə yaşaya bilərlər. Onlar Azərbaycan dövlətinə və xalqına qarşı hər hansı bir cinayət törətməyiblərsə, yaşamaqda davam edə bilərlər. Amma qeyri - qanuni şəkildə kənardan gətirilib məskunlaşdırılan, hətta bəzi xarici ölkələrdən köçürülən ermənilər var ki, bu məsələ onlara şamil oluna bilməz. Məsələn, bu gün Zabux kəndində məskunlaşan ermənilər kənardan gəliblər və cəmisi bir neçə ildir orada yaşayırlar. Artıq bu əraziləri özününküləşdirməyə çalışırlar. Bu mənada ermənilərin səmimiliyinə inanmaq olmaz. Təbii ki, bu məsələ ilə bağlı da lazımi qərarlar veriləcək”, - deyə E.Məmmədov əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

