Missiya Ermənistana gəldi...
20.10.2022 [11:06]
Harada, nəyi, necə dəyişəcək?
Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası oktyabrın 17-də keçirilmiş iclasında Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq eksperti yerləşdiriləcəyi barədə qərar qəbul edib.
Mülki missiya olan Aİ qrupu Ermənistana çatan kimi ilk görüşdüyü şəxslərdən biri bu ölkənin müdafiə naziri Suren Papikyan olub. Müdafiə naziri missiyanın Ermənistana səfərini alqışlayıb, missiya ilə əməkdaşlıq etməyə və missiyanı dəstəkləməyə hazır olduğunu bildirib.
Maraqlıdır ki, “mülki missiya” qiyafəsində olan bu qrup Ermənistana səfəri başlayan kimi nə üçün məhz müdafiə naziri ilə görüşür? Adından da göründüyü kimi, bu missiya mülki xarakter daşıyır. Maraqlıdır ki, nə üçün məsələn, delimitasiya komissiyasının Ermənistan tərəfindən olan üzvləri və ya sosial məsələlərlə məşğul olan şəxslərlə deyil, məhz müdafiə naziri ilə? Bunun özü də mühüm və açıq bir sualdır.
Digər tərəfdən, bu mülki missiya nəyi dəyişəcək? Bu “gəlişin” 2 ay ərzində bağlanması gözlənilən sülhün yenə də ləngidilməsinə xidmət etdiyi ilk baxışdan məlumdur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov Aİ-nin Ermənistana göndərdiyi mülki missiyanın heç də pozitiv addımlarla yadda qalmayacağını düşünür. Onun sözlərinə görə, bu missiyanın təşkil olunmasında əsas rol oynayan Fransa prezidenti Makronun məkrli niyyətləri var. Bu baxımdan da, millət vəkili həmin missiyanın da regiona məkrli niyyətlə gəldiyi qənaətindədir: “Avropa İttifaqının mülki adlanan bu missiyasının regiona gəlişindən xoş bir məram gözləmirəm. Onların məqsədi bəllidir. Birinci məqsədləri sülh sazişinin imzalanmasının vaxtını uzatmaqdır. Artıq Ermənistan sülh sazişini imzalamaq üzrədir. Belə bir dövrdə, bu missiyanın gəlişi nəyi dəyişəcək? Digər tərəfdən, missiyanın gəlişi Rusiyanın regiondakı mövcudluğunu minimuma endirməyə xidmət göstərir. Onlar bu kimi addımlarla və məhz Ermənistanın əli ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyirlər”.
Millət vəkilinin fikrincə, Avropa təsisatları bu kimi missiyaların əli ilə hərbi birləşmələrinin Ermənistanda yerləşməsini təmin etmək istəyindədir. “Məqsəd bundan ibarətdir. Bu isə çox təhlükəli bir haldır. Çünki burada əsas təşkilatçı rolunda ermənilərin ikinci ana vətəni hesab olunan, Ermənistanı özlərinə kiçik bacı hesab edən Fransa və onun əqidəcə erməni olan prezidenti Makron çıxış edir. Bu mənada, düşünürəm ki, həmin missiyanın gəlişi də məhz bu məqsədə hesablanıb. Müdafiə naziri ilə görüş təsadüfi sayıla bilməz. Həmin missiya qarşıdakı dövrdə yenə də öz hiyləgərliyini ortaya qoyacaq. Onlar erməniləri cürbəcür fitnə-fəsada hazırlayacaq, ermənilərin əli ilə sərhəd bölgələrində təxribatlar törədəcəklər, amma bu təxribatları qeydə almayacaqlar. Məcburən erməni təxribatlarına cavab verəcək Azərbaycanın addımları isə artıqlaması ilə qeydə alınacaq. Onlar Azərbaycanın əleyhinə bir sənədlər toplusu - hesabat hazırlayacaqlar. Nəticədə də, Avropada “regionda vəziyyət gərgindir” şəkilində qərar qəbul edəcəklər. “Gərginliyə” görə isə, artıq bu dəfə Avropanın hərbi missiyasının regiona gəlişi üçün zəmin hazırlayacaqlar. Bu da təbii ki, regionumuz üçün çox təhlükəli bir haldır. Digər tərəfdən, onların regionda varlığını istəməyən ölkə yalnız Azərbaycan deyil. Rusiya bu kimi missiyaları bizdən daha çox qəbul etmir. Avropanın regiona bu cür gəlişi digər region ölkələri üçün də ciddi təhlükələr yaradır. Həmin ölkələr bu haqda ciddi düşünməlidirlər. Fikrimcə, Azərbaycan bu kimi fəaliyyətlərə qarşı cavab tədbirləri görəcək. Missiyanın fəaliyyəti zamanla məqsədlərini tam bəlli edəcək”, - deyə E.Məmmədov əlavə edib.
Hərbi ekspert Üzeyir Cəfərov isə mülki missiyanın Ermənistan tərəfindən təklif olunduğunu bildirib. Bu mənada, keçirilən görüşlərin də protokolu Ermənistan tərəfindən tərtib edilib: “Təbii ki, mülki missiyanın müdafiə naziri ilə görüşməsi özü də təəccüblüdür. Yəqin ki, onların işinin sərhədlə bağlı olduğu üçün ortada məsuliyyət məsələsi var. Ümumiyyətlə, qarşıda bu missiyanın davamının gələcəyi gözlənilir. Hələlik 40 nəfər Gürcüstan ərazisində olan müşahidə missiyasının üzvləri Ermənistana gəlib. Bu missiya hələ bir neçə görüşlər də keçirəcək. Sonra bir araya gələcəklər. Bütün bunlar isə Ermənistan və ona havadarlıq edənlər tərəfindən məqsədli şəkildə düşünülüb, hazırlanıb. Onların məqsədi sülh müqaviləsinin imzalanması məsələsini uzatmağa hesablanıb. Bu müddətdə isə Ermənistan müəyyən məqsədlərini həyata keçirməyə çalışacaq. Bu missiyanın gəlişində hər hansı başqa bir məqsəd və ya məna görmürəm”.
Hərbi ekspertin fikrincə, müşahidə missiyasının Ermənistanda nə işlə məşğul olacağı özü sual yaradır. İki ölkə arasında hələ sərhəd müəyyənləşməyib. “Bunun üçün Azərbaycan ilə Ermənistanın müvafiq qurumları bir araya gəlməlidirlər. Sərhədlərə baxış keçirilməlidir. Hansı xəritələr üzrə iş aparılacağı müəyyənləşməlidir. Ortada xeyli məsələlər var. Bəzi dairələr isə problemin həllini yenə də qəlizləşdirməyə çalışırlar. İlin sonuna 2 ay qalır. Adətən dekabr ayında da beynəlxalq təşkilatlar, ölkələr, əsasən, qarşıdakı il üçün hazırlıqlara başlayırlar. Ortaya sual çıxır ki, qarşıdakı iki ayda bu sənədin imzalanması mümkün olacaqmı? Düşünürəm ki, bu missiya Ermənistanın istəyi idi. Bu istəyə qarşı da müsbət qərar verildi. Azərbaycan təbii ki, vaxt itkisinə heç vaxt tərəfdar olmayıb. Təəssüflər olsun ki, beynəlxalq qurumlar yenə də Ermənistanın nazı ilə oynamaq istəyirlər. Buna da dözərik. Görək növbəti bəhanələri nə olacaq. Ermənistan tərəfindən süni şəkildə gərginlik daha da gücləndirilir. Məqsəd isə bir araya gəlməyi əngəlləməkdir. Bunu da hələlik Ermənistan bu və ya digər şəkildə həyata keçirməyə çalışır. Yaxşı olardı ki, həmin beynəlxalq missiya Ermənistan tərəfinə sual versin ki, niyə qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb. Halbuki 2020-ci ilin məlum üçtərəfli sazişinə əsasən həmin qoşunlar Azərbaycan torpaqlarından tam şəkildə çıxarılmalı idi. Ermənistan bu öhdəliyi yerinə yetirməyib. Üstəlik, bu silahlı birləşmələr vasitəsilə hələ də bəzi problemlər yaratmağa çalışır. Belə missiyalar, görüşlər yalnız və yalnız Ermənistana vaxt qazandırmaq üçündür”, - deyə Ü.Cəfərov vurğulayıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12

