Ermənistandan Rusiya vətəndaşlarına qadağa
27.10.2022 [10:38]
Simonyan və Zatulini “arzuolunmaz şəxs”ə çevirən səbəblər nədir?
Ermənistan rəsmi səviyyədə özünün müttəfiqi olan Rusiyaya arxa çevirməkdədir. Bu ölkədəki antirusiya əhvalı get-gedə dərinləşir. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan “Rusiya-Ermənistan Lazarev Klubu”nun beşinci iclasında iştirakdan imtina edib. A.Simonyan Dövlət Dumasının deputatı Konstantin Zatulinə ünvanladığı məktubunda bunu Səmərqənddə keçiriləcək MDB Parlamentlərarası Şurasının növbəti iclasında iştirak edəcəyi ilə bağlayıb.
Bu arada isə Ermənistan bəzi Rusiya vətəndaşlarını ölkəsi üçün “arzuolunmaz şəxs” elan edərək qapılarını onların üzünə bağlayıb. Bunların arasında Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin də adı olması təəccüblüdür. Hər zaman ermənipərəst mövqeyi ilə seçilən Zatulin üçün də bu xəbər gözlənilməz olub. O, bu məsələyə münasibət bildirərkən qeyd edib ki, bu xəbər onun üçün qəfil olub: “Ermənistan parlamentinin xarici əlaqələr departamentinin rəhbərindən məktub aldıq. Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan üçün zərərlidir. Mən bunu təhqiramiz addım kimi qiymətləndirirəm”.
Zatulinlə yanaşı digər bir ermənipərəstin - rusiyalı jurnalist Marqarita Simonyanın da Ermənistana girişi yasaqlanıb. Bu barədə Simonyan öz teleqram kanalında yazıb. Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb. “Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi Ermənistanın hazırkı rəisi tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənim də”, - deyə Simonyan yazıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə isə Ermənistanın bu addımlarının Qərbə üz çevirməsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, istər “Rusiya-Ermənistan Lazarev Klubu”nun beşinci iclasında iştirakdan imtina, istərsə də Zatulinin və Simonyanın Ermənistana girişinin qadağan edilməsi sifarişli addımdır: “Başda Nikol Paşinyan olmaqla hazırkı Ermənistan rəhbərliyi tam olaraq Qərbdən asılı vəziyyətdədirlər. Onlar, həm də Qərbdəki himayədarları olan erməni diasporunun göstərişlərini yerinə yetirirlər. Bu mənada, daha çox Kaliforniyada yerləşən Amerika Erməni Konqresinin səyləri gözə çarpmaqdadır. Qərbdə yerləşən erməni diasporu hər zaman Rusiyanın təsirindən narahatlıq keçirib. İndi də narahatdırlar. Eyni zamanda, Rusiyanın erməni diasporunun ruporu olan Zatulin, Miqronyan, Simonyan və digərlərinin də fəaliyyətindən hər zaman narazı idilər. Çünki bu şəxslər, eyni zamanda Ermənistanda Rusiyanın maraqlarının təbliğatçısı qismində çıxış edirdilər. Həmin təbliğatdan isə Qərblə yanaşı, Qərbdə formalaşan erməni diasporunun maraqları da zərbə alırdı. Bu səbəbdən də Qərb erməni diasporu əlinə düşən imkanı, fürsəti dəyərləndirib, Rusiyadakı erməni diasporunun təbliğat ruporları olan insanların Ermənistana girişi məşdudulaşdırılıb. Bu, artıq Qərb erməni diasporu üçün geniş imkanlar açır. Qərb diasporu, beləliklə, Ermənistanda özünün təsir dairəsini genişləndirəcək. Eyni zamanda bu, həm də, Qərbin İrəvan üzərindəki təsirlərinin artması deməkdir”.
Politoloqun fikrincə, Zatulin, Miqronyan, Simonyanın ritorikasından baş nazir Paşinyan da narazı və narahat idi. Bu şəxslər Paşinyanı hər zaman tənqid edirdilər, onu təslimçilikdə günahlandırırdılar. “Paşinyan onların fəaliyyətini məhdudlaşdıraraq Ermənistan auditoriyasına təsirlərini azaltmağa çalışır. Bu şəxslər Kremlə yaxın adamlar sayılırlar. Beləliklə də, bu addım Rusiya erməni diasporunun fəaliyyətini məhdudlaşdırmaqla yanaşı, Rusiyanın da Ermənistana təsir imkanlarını azaldacaq. Nəticədə isə, Ermənistanda qərbpərəst siyasət möhkəmlənir,” - deyə İ.Vəlizadə əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

